Tehranda bir taksidə 70 min avro nağd pulla dolu çantalarını unudan polyak ər-arvad qiymətli əmanəti vicdanlı bir müsəlman sürücü sayəsində geri ala bilıb.
Cenub.az xəbər verir ki, bu haqda “Borna” xəbər agentliyi məlumat yayıb.
İranlı taksi sürücüsü Əli Həsən Zəfəri avtomobildə unudulmuş çantanın sahiblərini tapmaq üçün çox vaxt sərf etsə də, nəhayət, onları tapıb pulu qaytarmağa müvəffəq olub. O, müştərilərin polyak olduğunu anlayaraq əmanəti Polşanın Tehrandakı səfirliyinə təhvil verib.
Tehran meri Piruz Hanaçi taksi sürücüsü Əli Həsənin əsl müsəlmana layiq vicdanlı davranışını alqışlayaraq onu medal və pul mükafatı ilə təltif edib. Mer sürücünün tezliklə digər maliyyə yardımı da alacağına söz verib.