Köçənlər arasında şəhər nümayəndəliyi və şəhər bələdiyyəsi də var
Xəbər verdiyimiz kimi Masallı Polis şöbəsi ötən il yeni binaya köçüb. Polis şöbəsinin əvvəlki binasının bir hissəsi isə (Mühafizə idarəsinin binası) sökülərək qəbristanlığın genişlənməsi üçün verilib. Digər binalara isə müxtəlif idarələrin köçü başlayıb. Hazırda “Kommunxoz” adlanan idarə (“Jek” də daxil olmaqla), Mətbuat yayım idarəsinin Masallı şöbəsi, Dini Qurumlar üzrə regional şöbə, bir sıra ictimai birliklər köçənlər sırasındadır.
Bu binaya köçməyə hazırlaşan İHB-nin Masallı şəhər nümayəndəliyi hazırda polis rəisinin keçmiş otağını təmir etdirir.
Təmirdən sonra Masalli şəhər bələdiyyəsi də bu binaya köçəcək.
Regional Ekologiya və Təbii Sərvətlər nazirliyinin cənub bölgəsi üzrə şöbəsinin isə şəhər nümayəndəliyinin binasına köçəcəyi gözlənilir.
Adları açıqlanmasa da daha bir neçə regional idarənin Masallıya köçəcəyi plandadır.