Rusiya Federasiyası Boliviyanın yeni rəhbəri, Janin Anyesi “ölkə prezidentinin səlahiyyətlərini icra edən şəxs” olaraq tanıdığını açıqlayıb.
Cenub.az Musavat.com-a istinadən xəbər verir ki, dövlətin rəsmi mövqeyi xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən ifadə olunub.
Buna rəğmən S. Ryabkov parlamentdə Jannin Anyesin bu posta təyinatının təsdiqlənmsi üzrə keçirilən səsvermədə kvorum olmadığı faktını nəzərə aldıqlarını söyləyib.
XİN rəsmisinin sözlərinə görə, Rusiya kvorumun olmamasında bir sıra siyasi xüsusların olduğunu diqqətində saxlayır.
Qeyd etmək lazımdır ki, bundan öncə, Rusiyanın Boliviyadakı prezident seçkilərində Evo Moralesə müxtəlif piar ustalaırnın köməyi ilə dəstək verdiyi xəbərləri yayılmışdı.
Həmin ekspertlərin “Rosatom” korporasiyası tərəfindən göndərildiyi təsbit olunmuşdu.
Rusiyanın Boliviyada təbii qaz, atom energetikası və hərbi sahədə əvvəlki hökumətlə razılığa gəldiyi layihələri mövcuddur. Buraya “Rossiyskiye vertolyoti” şirkətinin Bolviya ordusu üçün helikopterlər istehsal etməsi faktoru da daxil edilir.