Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu mahnılarımızdan hansı plagiatdır? - Video


Cenub.az şair Elman Cıvıroğlunun “Qaçaq Nəbi” mahnısı və “Səttərxan” təsnifi”yazısını təqdim edir.

Bilindiyi kimi ədəbiyyat, bədii yaradıcılıq sahəsi də içində olmaqla sənət aləmində sənətkarlarmız arasında birbirindən təsirlənmələr olub. Hətta poezyada bir klassikimiz özündən öncəki klassikdən, sənətkardan təsirlənərək onun hər hansı bir şeirinə nəzirə də yazıb. Məsələ, klassiklərimizdən olanƏ.Nəvaininbəzi qəzəlindən ilham alaraqFüzuliningözəl əsər ortaya qoyduğu bəllidir.

Yaxın tariximizdə görkəmli sənətkarımzHüseyn Cavid"Şeyx Sənan” faciəsindəki kor ərəbin məşhur mahnısının mətnini Güney Azərbaycanlı şairimizƏbülhəsən Racinin

Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı

beytiylə başlayan bir şeirindən təsirlənərək yazıb.Səməd Vurğununölkəmizdə geniş yayılmış "Azərbaycan, Azərbaycan” başlıqlı şeirin dəƏhməd Cavadıneyni adlı, 1919-cu il tarixli şeirindən doğduğu bilinməkdədir. İncəsənət sahəsində də təsirlənmələr özünü az göstərməyib.

Burada məqsədim toxunduğum mövzu ilə bağlı geniş danışmaq deyil, iki qəhrəmanlıq mahnımıza, nəğməmizə dair bir-iki söz söyləmək istəyirəm. Bunlardan biri "Qaçaq Nəbi”xalq mahnısı, digəri isə”Səttarxan təsnifi”dir. "Qaçaq Nəbi” mahnısını usta xanəndələrimizin ifasında çox dinləmişik. "Səttarxan təsnifi ni işə şəxsən mən "Segah” muğamının ifasında zirvə fəth etmişİslam Abdullayevinifasında dinləmişəm. Bu təsnifi başqa bir xanəndənin, müğənninin oxuduğuna dair bir bilgim yoxdur.

"Səttarxan təsnifi ni dinləyərkən bu təsnif ilə "Qaçaq Nəbi” mahnısı arasında olduqca yaxın bənzərlik, hətta eynilik (mətindəki sözləri çıxmaqla) gördüm. Eyni melodiya, eyni motiv...

Bildiyim qədərilə qəhrəmanlıq mahnısının ikisi də Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qarabağ bölgəsində yaradılıb, ifa edilib.

İslam Abdullayevinifasında "Səttarxan təsnifi” 1909-cu ildə (bəzən 1910 kimi göstərilir) Azərbaycandan kənarda bir səhmdar şirkəti tərəfindən qrammofon valına yazılmışdır. Qacaq Nəbi haqqında mahnı isə yuxarıda da dediyim kimi Sovet dövründə xanəndələrimiz (Xan Şuşinski də daxil olmaqla) tərəfindən oxunub. Buradan təbii olaraq belə bir sual ortaya çıxır: Bu musiqi örnəklərindən təsir edən və təsirlənən hansıdır, yaxud hansı "köçürmə” dir?

Xalq musiqimizə bələd olan musiqiçilərimizin bu məsələyə aydınlıq gətirəcəklərini ümid edirəm.

"Səttarxan təsnifi"

"Qaçaq Nəbi" mahnısı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10