Həmin posta qızlavarlı Əzizovların nümayəndəsi gəldi
Ötən il keçirlən bələdiyyə seçkiləri Masallıda bir çoxlarıüçün uğursuz oldu. Masallı şəhəri də daxil olmaqla əksər Muğan kəndlərini əhatə edən 70 saylı dairənin taleyiçox uğursuz oldu. Həmin dairəyə yeni təyin edilən Valeh Seyfillayev elə ilk “raundda” “nokauta” düşüb komandası ilə vidalaşdı.
71 saylı dairənin (Ərkivandan Qızılağacadək) sədri Hikmət Xanməmmədov da ümdləri doğrultmadı. Seçki sonrası gizli səs yazanların toruna düşən Hikmət bəy həmin vaxtı özünü demokrat və səmimi göstərmək xətrinə xeyli “quş” buraxmışdı. Həmin vaxtı ona toxunmasalar da bir neçə ay sonra güclü dayaqlarının olmasına baxmayaraq Hikmət bəyin də “ölüm” hökmünü oxudular.
71 saylı DSK-yə yeni təyin olunan İlkin Əzizov kimdir? Rayonun Qızılavar kəndində anadan olub boya-başa çatan, ali təhsilli İlkin bəy həmin kəndin tanınmış nəsillərindən olan Əzizovların nümayəndəsidir. Onun əmisi Vəsadət Əzizov tibb elmləri doktoru, professor, sabiq millət vəkilidir. Atası Ədalət Əzizov isə Astara Gömrük-Keçid məntəqəsində məsul vəzifədə çalışır.
İlkin Əzizov bir neçə il öncə İcra Başçısının Qızlavar Ərazi Vahidi üzrə nümayəndəsinin müavini təyin olundu. Bu vəzifədə o pakıq siyasəti yeritməyə başlayaraq verilən arayışlar üçün heç kimdın pul almadı. Bir qədər sonra onu bu pak işlərinə görə ərazi nümayəndəsi təyin edilər. Yayılan məlumata görə İlkin müəllim əvvəlki müavin postundakı pak işlərə son verib nümayəndə postunda hətta xadimələrddən alınan pulların da “tas”ını yüksəltdi. Daha sonra onu Masallı İcra hakimiyyətinə irəli çəkdilər. Bu günlərdə isə 71 saylı DSK-ya sədr təyin etdilər.
Xatırladaq ki, bu həmin DSK-dır ki, İlkin müəllimin əmisi Vəsadət Əzizovu bir dəfə deputat seçmiş, bir dəfə də onun deputatseçilməsinin qarşısını məharətlə almışdı. İndi də qarşıda yeni parlament seçkiləri gəlir. Görəsən, İlkin Əziova müavin olduğu dövrdəki “paklıq siyaəsətini” burada da tətbiq edə biləcəkmi?
Zahir