Şimali Qafqazda ilk bələdçi robot Azərbaycanın qədim Dərbənd qalasındakı məşhur Нарын-Qalada işə başlayıb.
Bu haqda Dağıstan KİV-i xəbər verir. İndi maşına Dərbəndin tarixi və görməli yerləri haqda məlumatlar, həmçinin, əlavə bacarıqları yönləndirən proqramlar yüklənib. Məsələn, Məmməd adlı robot sizə bir lətifə danışa, şeir oxuya bilər və ya sadəcə, maraqlı bir faktı paylaşa bilər. Eyni zamanda robot turistlərlə rus, ingilis və türk dillərində ünsiyyət qura bilər. “Məmməd” 1500 nəfəri yadda saxlaya bilər və bir daha müraciət etsəniz, adını çəkərək qonağı çağıra bilər. Muzey rəhbərliyi yazda turistləri yeni interaktiv yeniliklərlə sevindirəcəyinə söz verir. Fərqli dövrlərin Dərbənd hökmdarlarının turistlərə “müraciət edəcəyi” bir ekran qurulması fikri də var.
P.S. Peyğəmbərimizin(s) adının təhrif olunmuş forması olan bu ismi, özü də əksəriyyyəti müsəlman olan Dağıstanda robota qoymaq qətiyyən doğru deyil. Məhəmməd adını asanlıq üçün danışıqda və karküzarlarının işini yüngülləşdirmək üçün qısaldıb rəsmi şəxsiyyət sənədlərində də "Mamed", "Məmməd" halına salan və bizləri də buna öyrəşdirən elə Dərbənd xanlığını işğal edən Rusiya olub. Bizlər də buna müticəsinə baş əyərək Məhəmməd Əmin Rəsulzadənin adını da "Məmməd" edib keçmiş milli(!) 1000 manatlıqlarımıza qoyduq və toylarda başımıza səpib tapdaladıq...