Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DSMF-nin Masallı şöbəsinə müdir tapılmır


DSMF-nin Masallı şöbəsinə müdir tapılmır Doğrudanmı öncə buradakı 100 min manata yaxın saxtakarlığı “yumaq” lazımdır?

Artıq 1aya yaxındır ki, DSMF-nin Masallı
şöbsini müdiri Nahid Şəmşirov daşıdığı vəzifədən azad edilib. Lakin hələ ki, şöbəyə müdir tapılmır. Bunun “niyə”sini bir qədər sonra açacağıq. Hələlik isə məlumat üçün xatırladaq ki, bu şöbəyə müdirlik hər rayonda ən çörəkli işlərdən sayılır. İnanmayanlar aşağıda yazacaqlarımıza diqqət yetirsinlər.
... 3 ilöncə hazırkı postunu yeni təhvil alan Nahid Şəmşirov bu vəzifəyə gələndəqəzetimizə çox haylü-küylü müsahibə vermişdi ( “DSMF-nin Masallı şöbəsində “məxməri” inqilab”. “Cənub xəbərləri” qəzeti. 11 fevral 2013-cü il). Həmin söhbətdən bəzi məqamları yenidən xatırlamaq yəqin ki, oxucular üçün maraqlı olar.
Nahid Şəmşirov həmin söhbətdə bizə bildirmişdi ki, DSMF-nin Masallı şöbəsində vəziyyət olduqca acınacaqlıdır. “Az qala bu təşkilatda dövlət idarəçiliyi kənarda qalmlş, hətta bəzi içilərrin fəaliyyəti sanki dondurulmuş, bir qrup dəllal idarə rəhbərliyi və mütəxəssislərlə əlbir olaraq pensiya məsələsində açıq bazar təşkil ediblər.
10-dan artıq dəllal (hansı ki onların hər birinin də onlarla əlaqəçisi olmuşdur) şöbə ilə intensev “əməkdaşlıq” etmişdir. Fəaliyyətə başladığım dövr, ötən il noyabrın əvvəli plastik kartların dəyişdirilməsi vaxtı ilə eyni dövrə düşdü və kartların dəyişdirilmə məqamında ağlagəlməz saxtakarlıqlar üzə çıxdı. Məlum oldu ki, bir neçə yüz şəxsə heç bir ilkin sənəd olmadan, sadəcə olaraq şəxsiyyət vəsiqəsinin surətini alıb pensiya təyin ediblər. Hələ də 200-dən (!!!) artıq əlliliyə görə veriləsi plastik kartların sahibini müəyyənləşdirə bilmirik.
Araşdırma nəticəsin də məlum oldu ki, xüsusən Boradigah qəsəbəsində və Həsənli kəndində bəzi dəllalar pensiya pulu almaq üçün özündə bir neçə yüz (!!!) plastik kart gəzdirir və saxta yolla həri il kulli miqdarda pul götürürlər.
5-6 nəfər üzvü olan elə ailələr var ki, bütüovlükdə bütün ailə üzvləri pensiya alırlar. Hətta bir ailədən 3-4 nəfər 1-ci qrup əlil kartı olanlar var. 18-21 (!!!) yaş arası olan onlarla şəxsə pensiya saxta yolla təyin edilib. Ölçü hissini nətəhər itiriiblər ki, 2006-ci ildə və sonrakı dövrlərdə vəfat etmiş (!!!) şəxslərin adları ilə də uzun illər pul götürülüb. Rayonun Həsənli kənd sakinlərinin az qala 80 faizi gözdən əllilik vəsiqəsi alıb.
Fəaliyyətə başladığım ilk günlərdə həmin dəllalar mənim üçün ciddi problemlər yaradırdı.
Biz tələb edirdik ki, hər kəs yalnız özü imza edib plastik kartını alsın. Lakin onlarla, tüzlərlə kartın sahibini müəyyənləşdirmək olmurdu”
Bəs həmin müddətdə bu nöqsanlar necə aradan qaldırıldı? Hansı ki, saxtakarlıqla təyin edilmiş pensiyalara görə mənimsənilən pulları miqdarı az qala milyon manatla ölçülürdü. Nə tutlan oldu, nə “asılıb-kəsilən”. Bir-iki nəfər işdən çıxarıldı, bir-iki nəfər də yüngül cəzalandı, vəzifələri dəyişdirildi və həmin nöqsanlar “özəlləşdirildi”.
Nahid Şəmşirov (Aşıq Şəmşirin nəvəsi) qısa müddətdə İstirahıt zonası olan Masallının Qəriblər kəndində (xatırladaq ki, bu kənddə Masallıya və qonşu rayonlara rəhbərlik etmiş və edən, digər rayonlardan olan şəxslərin onlarla topdağıtmaz villaları var)özünə gözəl villa tikdirdi, xarici bahalı maşınlar bir-birini əvəzlədi. Daha nələr, nələr!!!
Bəs ondan hansı miras qaldı?
Redaksiyaya daxil olan məlumata görə hazırda DSMF Masallı şöbəsində 50-yə yaxın saxta sənədin əlində girinc qalıblar. Bunların çox cüzi hissəsi sahmana salınsa da, ən azı 35 saxta pensiya sənədi havadadır. Bu işlərin hər biri üçün ən azı 3 min manat saxta pul yeyilib. Ya bu pullar ödənməlidir. 3 min manat X 35 nəfərə. Təxminən 100 manata yaxın məbləğ edir. İndi bu şöbəyə təzə gələn müdir ya bu saxtakarlığı edənlər, sabiq müdir də başda olunmaqla həbs etdirməli (Xatırladaq ki, “çox hörmətli ailənin övladı” olan bu şəxsin valideynləri, qohumları olduqca yüküək postlarda çalışırlar), ya da yenitəyin olunacaq müdir həmin 35 saxta sənədin 100 min manatlıq ziyanını zərərsizləşdirməyə qol qoymalıdır.
Nəzərə alsaq ki, yeni müdir təyin olunmağın hələ Məşədi İbad demişkən “bir xalvar da toy xərci var” onda məsələ çox “urusca” görünür.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10