Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını işdən çıxarıb.
Məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.
İstixeber.info