Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb.
“Hürriyət” qəzetinə istinadən verilən xəbərə görə, Türkiyədən çıxarılacaq əcnəbi İŞİD-çilərin sayı 959 nəfər təşkil edir, onların arasında 29 nəfər Azərbaycan vətəndaşı da var.
Deportasiya ediləcək İŞİD-çilərin arasında Rusiya (99 nəfər), Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq (296 nəfər), Suriya (273 nəfər), ABŞ ( 2 nəfər) və Avstraliya (3 nəfər) vətəndaşları da yer alıb.
Həmin şəxslərdən 1 nəfərin vətəndaşlığının olmadığı müyyənləşib. 2 nəfərin isə hansı ölkənin vətəndaşı olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Onların arasında 147 nəfər azyaşlı var. Azyaşlıların valideynlərini Suriyada gedən döyüşlərdə itirdiyi bildirilir.
Əcnəbi İŞİD-çilərin bu ayın sonuna kimi ölkələrinə göndərilməsi nəzərdə tutulub.