“Eleven Kings” futbol menecer oyununun qurucusu Orxan Rzayev əfsanəvi futbolçu Ronaldinyo ilə görüşüb.
Görüş İspaniyada baş tutub.
O.Rzayevin sözlərinə görə, Ronaldinyo və komandası ilə Lissabonda görüş nəzərdə tutulmuşdu, amma vaxt darlığı səbəbilə alınmayıb:
“Məni Barselonaya dəvət etdilər. Burada görüşdük, “Eleven Kings”in təqdimatını etdim, Ronaldinyoya influenser olması üçün uzunmüddətli əməkdaşlıq təklif etdim. Təəssüratları çox yaxşı oldu və ilkin razılaşma əldə olundu. Növbəti həftədən biznesin detallı analizi və leqal prosedurlara başlanılması qərara alındı. Bir ilə yaxındır Ronaldinyonun menecerləri ilə mütəmadi qurduğumuz ünsiyyət bəhrəsini verdi. İnşallah qarşıda möhtəşəm yeniliklər bizi gözləyir”.
Məlumat üçün bildirək ki, yerli oyun startapımız “Eleven Kings” nüfuzlu “Websummit” tədbirində iştirak haqqı qazanıb. Seçim mərhələsindən uğurla keçən komanda Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə Azərbaycanı təmsil edib.
Qeyd edək ki, “Eleven Kings” oyununda işlərə 2017-ci ilin avqust ayında başlanılıb. Ötən müddətdə komanda 150 min dollar toxumöncəsi (pre-seed) investisiya cəlb etməyi bacarıb. Sentyabr ayında “Eleven Kings” oyunu “Google Play”də android istifadəçilərə təqdim olunub. Yaxın günlərdə oyunun iOS ve kompüter versiyası da istifadəyə veriləcək.
Orxan Rzayevin sözlərinə görə, hədəf bir neçə il sonra dünyanın ən böyük futbol oyun platformasına çevrilməkdir:
“Ötən iki ildə bütün işlər planladırdığımız qaydada davam edib, hazırda da istədiyimiz nəticələri əldə edirik. Bu templə davam etsək, artıq 2020-ci ildə qlobal səviyyədə nəticələr görə bilərik.
Nəzərə alsaq ki, daxil olduğumuz bazarın illik dövriyyəsinin 500 milyard dollardan çoxdur, bu bizimçün böyük imkanlar yaradır”.
Xatırladaq ki, Orxan Rzayev son bir ildə ABŞ, İspaniya, Almaniya, Çexiya, Polşa və Belarusda keçirilən startap tədbirlərinin də iştirakçısı olub, ABŞ və Avropalı investorlarla görüşlər keçirib.