Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ




“Bakı Metropoliteni” QSC “Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adlarını dəyişmək istəyir.

Cenub.az bildirir ki, bu barədə “Report”a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib.

“Ulduz” stansiyasının “Böyükşor”adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik”, – deyə o, qeyd edib.

Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum “Bənövşəyi xətt”də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: “Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, “Nizami” və “Memar Əcəmi” stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10