Noyabrın 10 da Azərbaycan Qaçqınlar cəmiyyətində İnkişafa doğru ictimai birliyinin nəzdində fəaluyyət göstərən 1828.az. multimedia portalının təqdimat mərasimi keçiriıib. Tədbiri giriş sözüylə Qaçqınlar cəmiyyətinin sədri Əziz Ələkbərli açıb. O, layihənin rəhbəri və saytın təsisçisi Elçin Əlubəylinin bu təşəbbüsünü çox yüksək qiymətləndirib. Sonra söz saytı təqdim etmək üçün tanınmış şair baş redaktor Səhər Əhmədə verilib. Səhər xanım saytın yaradılma səbəbi, qarşısına qoyduğu məqsədlər, fəaliyyəti və əsas mövzusu haqqında ətraflı məlumat verib. O biıdirib ki, üç dildə – Azərbaycan, rus və erməni dilində fəaliyyət göstərən bu portalın əsas məqsədi erməni hiyləgərliyini dünya ictimaiyyəti üarşısında ifşa etməkdir.
Sonra tədbirdə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə rzazadə, yazıçı Murad Köhnəqala, şair İlham Qəhrəman, Nəcibə İlkin , tərcüməçi Giya Paçxataşvili, filologiya üzrə fəlsəfə doktoru Mübariz Əhmədov çıxış edərək ermənilərin illərlə apardığı iyrənc siyasəti pisləmişlər
Sonda Qərbi Azərbaycan icmasının sədr müavini Fəqan Bəhramov çıxış edərək bu layihəni çox yüksək qiymətləndirmiş və hər cür dəstəyə hazır olduqlarını bildirmişdir.
Cumhuriyyet.net