Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vaşinqtondan Tehrana: Əlini İraqdan çək



ABŞ İraqdakı qarşıdurmalardan narahatdır: Nümayişlərin vəhşicəsinə dağıdılması beynəlxalq hüquq normalarına ziddir

 

ABŞ İraqdakı etirazlarla bağlı narahatlığını yenidən gündəmə gətirib. Ərəb mətbuatı xəbər verir ki, Ağ Ev İraq hökumətini şiddətə son verməyə çağırıb.

 

“İraq hökumətinin dinc nümayişləri vəhşicəsinə dağıtması və etirazlara görə ölkədə interneti qadağan etməsi beynəlxalq hüquq normalarına uyğun deyil”, - deyə Vaşinqtondan bildirilib.

 

Bundan əlavə, Ağ Ev İraq hökumətini erkən seçkilər keçirməyə, beynəlxalq ictimaiyyəti isə İraq xalqının gələcəyi üçün susmamağa çağırıb.

 

Eyni zamanda, ABŞ İraqda baş verənlərdən dolayı İranı ittiham etməyi də unutmayıb. Belə ki, rəsmi Vaşinqton İranın İraq hökumətinə təsir etdiyini və İraqda daxili sabitliyi pozmağa çalışdığını bəyan edib. ABŞ hökuməti Tehrandan əməlindən çəkinməyi tələb edib.

 

Qeyd edək ki, oktyabrın 4-dən etibarən İraqda hökumət əleyhinə kütləvi etirazlar başlayıb. Proses ciddi qarşıdurmalara çevrilib, aksiyaçılara qarşı polis güc tətbiq edir.


Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10