Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İllər sonra Atatürklə bağlı yeni sirr açıldı - Nəşinə şprislə bu qarışım yeridilib



Atatürkün vəfatının 81-ci ildönümündə yeni məlumatlar ortaya çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, Anıtkabir komandanlığı Atatürklə bağlı heç yerdə yayımlanmayan məlumatlardan ibarət kitab hazırlayıb. Orada Atatürkün vəfat sənədlərini 10 nəfərdən ibarət həkim qrupunun hazırladığı bildirilir. Türkiyə Cümhuriyyətinin qurucusu vəfat etdikdən sonra nəşinin qorunması üçün 200 qram formalin məhlulu, 1 qram sublimasiya, 10 qram "phenique" asidi və 1 litr suyun qarışığından hazırlanan məhlul yeridilib. İstifadə edilən məhlulun qalan hissəsinin illər sonra bilinməsi üçün 2 balaca şüşəyə doldurularaq Atatürkün məzarında qollarının altına yerləşdirilib.
Qeyd edək ki, uzun müddətdir Atatürkün cənazəsinin mumyalandığı ilə bağlı məlumatlar yayılmışdı. Həkimlərin sözlərinə görə, bəhs edilən məhlul isə mumyalamaq deyil, sadəcə, cəsədin qorunması üçün tətbiq edilən prosesdir.
yeniavaz.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10