Lənkəranda bu mərasimə 500 nəfərə yaxın şəxs toplaşmışdı
Lənkəran  rayounun  Çil kəndində  Qafqaz Müsəlmanları  idarəsinin Cənub Bölgəsi üzrə Səlahəhiyyətli Nümayəndəsi və İdarənin Qazisi Hacı Sədi Axundzadənin təşkilatçılığı ilə Lənkəran rayonunun Çil kəndində  İmam Əlinin (ə) Mövlud Günü ilə bağlı təntənəli mərasim keçirilib. 500 nəfərə yaxın şəxsin toplaşdığı və 3 saata yaxın davam edən  mərasim öncə Quran ayələri ilə başlayıb. Daha sonra İmam Əlinin (ə) həyatı, fəlsəfəsi, ədaləti və alicənablığı ilə bağlı hədislər söyələnilib. Tədbirdə həmçinin onlarla  dini nəğəmələr-ilahilər səsləndirilib.Mərasim iştırakçılarına ehsan verilib, imkansız ailələrə yardımlar paylanıb, həmiçinin şəhidlərimizin ruhuna, işğal olunmuş torpaqlarımızın azad olması xatirinə dualar oxunub.
Mərasimdə cənub bölgəsinin onlarla tanınmış din xadimi iştirak edib.














