Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubdan nələr yazırlar?



Ötəri müqayisəli araşdırma aparsalar belə bəlli olar ki, istər iqtidaryönlü televiziyaların, istər müxalifyönlü saytların materialları içərisində cənub bölgəsindən bəhs edən yazılar daha çoxdur. Görünür, buradaakı bölgə müxbirləri də, nöqsan tapmaqdan xoşlanan müxbirlər daha fəaldır. Elə ötən ayda da bu ənənə pozulmayıb. Belə ki, KİV-lərdə Lerik, Lənkəran, Cəlilabad, eləcə də cənub bölgəsinin qonşusu Biləsuvar rayonları ilə bağlı maraqlı yazılar paylaşıb.
Öncə xoş xəbərlərdən danışaq
Aprova Yaay oyunlarının məşəli Naxçıvandan sonra cənub bölgəsinə, Lənkərana gətirildi. Daha sonra məşəlçilər digər cənub rayonlarına səfər etdilər. Bu barədə qəzetimizin bu syında (səh.2) ətraflı məlumat ala bilərsiniz. Təkcə onu deyə bilərik ki, bu il cənubda ən güclü abadlıq və quruculuq işi Astarada qeydə alınıb. Burada daxili imkanlar hesabına qurulmuş (bəzi məlumatlara görə bulvarın qurulması üçün 8 milyon manata yaxın pul xərclənib) bulvar doğrudan da tərifəlayiqdir. Sanki indi Astara rayonuna rəhbərlik edənMasallının keçmiş icra başçısı Qəzənfər Ağayev əvvəlki bütün günahlarını burada yumaq istəyib. Astaranın ən müxalif insanları da bildirir ki, hər hansı qüsurlara baxmayaraq Qəzənfər Ağayev bu bulvara və uzun illər bərbad vəziyyətdə olan 22 kilometrlik Astara- Pələkeş dağ yolunun əsaslı təmirinə görə astaralıların yaddaşında qalacaq.

Masallı rayonunda qələbənin 70 illiyi münasibəti ilə Müdafiə Nazirliyinin icra hakimiyyəti birgə təşkil edtiyi konsert də dolğunluğu və dəyəri ilə kifayət qədər yadda qalan bir tədbir idi.
Onu da qeyd edək ki, son vaxtlar digər cənub rayonlarında da yaz abadlıq işlərinə start verilib.
Bəs narazılar nələr yazır?

Cəlilabaddan təhsil nazirinə məktub

Vasif Əkbərov: “Direktorumuz Reyhan Cəfərova məndən hər ay 60 manat pul alır”

Göytəpə şəhər, 1 saylı orta məktəbin müəllimi Vasif Əkbərov Muxalifet.az-a yazıb ki, rayon təhsil sistemində baş verən qanunsuzluqlarla bağlı təhsil naziri Mikyıl Cabbarova mürciət edib:
“Vidadi Dövlətov Cəlilabad Təhsil Şəbəsinə müdir təyin olunanda problemlərimizin düzələcəyinə ümüdlərimiz artdı. Əvvəllər elə belə də oldu. Qeyri-qanuni ianələr, "qəzet pulu", əmək haqqından faiz tutumalarına şəxsən V. Dövlətov tərəfindən qəti qadağa qoyuldu. Məktəblərdə kollektivlə görüşlərə gedən Vidadi Dövlətov bütün müəllimlərə söz verdi ki, bundan sonra müxtəlif adlarla pul yığımlarının qarşısını alacaq. Sonra isə ən xırda nöqsanı da qabardanı susdurmağa başlanıldı”.
Vasif Əkbərov deyir ki, Göytəpə 1 sayli tam orta məktəbinə kollektivin etirzlarına rəğmən direktor təyin olunan Reyhan Cəfərova hər ay müəllimlərdən rüşvət yığır:
...Yığdığı pulun, məsum sifəti və göz yaşları ilə özünə çatmadığını, sadəcə yuxarılara verdiyini deyən direktor məktəbimizi əməlli-başlı talan etməkdədir. Məktəbi bazara çevirən Reyhan Cəfərova kimsə pulu verməsə direktorluqdan istifadə edərək əməlli-başlı qarğışa keçir. Özünü namaz əhli elan edən direktorumuzun zərrə qədər halal işlə məşğul olmasına kimsə şəhadət gətirə bilməz.
...Xəstəlik və ya başqa yerlərdə işləməyə gedən müəllimlər direktorla əlbir olub saxta bülütenlə onun büdcəsini doldururlar. Seçkiyə ezam olunanlar da dərsləri özlərinə dedirdib, bu cur maxinasiya ilə maliyə pozğunluğuna yol verirlər. ...Hər kəsi böhtançı adlandırmaqla, problemi ərtələmklə həll etmək olmaz.
Mən başqasının adından danışmıram, şəxsən öz adımdan deyib imzamla təsdiq edirəm ki, direktorumuz Reyhan Cəfərova məndən 7 aydır hər ay 60 manat pul alır. Məktəbdəki antisanitariya şəraitinə görə cərmələndiyi üçün 3 manat tələb edir. Sizdən bir daha xahiş edirəm ki, bizi Cəlilabad RTŞ-nin qanunsuzluqlarından xilas edəsiniz”.




Xoşbəxti necə bədbəxt etdilər?
Cəlilabadda “VTEK” sədri və köməkçisi həbs edildi


“VTEK” sədrinin necə “çörəkli iş” olduğunu ölkəmizdə bilməyən az tapılar. Hərdənbir “VTEK” sədrlərindən birini içəri atsalar da, sonradan yenə “həmin hamam, həmin tas” olur. Elə Masallı rayonunda da bu vəzifəyə son vaxtlar 3 dəfə yeni sədr təyin olunsa da, onların hamısı seyid olsa da, yenə də kabinetində nəzir yığan seyidlərlə müqayisədə küçədə nəzir yığan seyidlərin topladıqlarında yüksək fərq olur. Bu idarələrdə son “paklıq siyasəti”ndən sonra “tas”ların hansı məbləğdə olduğunu isə nəinki əlillər, sağlamlar da gözəl bilir - kim yalançı əlillik vəsiqəsi almaq istəyirsə o,Səhiyyə-“VTEK” çütlüyünə 1000 + 2300 = 3300 məbləğində görüm baxım edirsə, sapsağlam adam da olsa, qısa müddətdə 2-ci, hətta 1-ci qrup əlil ola bilər. Belə bazarlığı edənlər isə ay ərzində 100-ə yaxın şəxs olur.
Biz nəzərdə tutmuşuq ki, yaxın vaxtlarda bu təşkilatın yoxlama komissiyalarının iclasında bir neçə jurnalistlə iştirak edib, onların “qabaqcıl” təcrübəsi ilə dərindən tanış olaq. İndi isə Baş prokurorluğun məlumatı ilə tanış olaq.

Bu il aprel ayınən 7-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanı Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.
“Virtual.az” saytının yaydığı məlumata görə X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib..
X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyirdi. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu. Təyinatından heç bir ay keçməmiş yerli məmurlarla münaqişəyə girmişdi.
Qeyd: “Cənub xəbərləri” qəzeti Xöşbəxt xanımın bu vəzifəyə keçdiyi hələ ilk aylardan onun qanunsuz əməlləri, insanlala kobud rəftarı barədə oxucuları məlumatlandırmışdı. Hətta iş o yerə çatmışdı ki, Xöşbəxt xanım dünyasını dəyişmiş bir şəxsə də pensiya təyin etdirməyə nail olmuşdu. O, elə şərait yartmışdı ki, Xöşbəxt xanımla danışmaq, qarşı tərəfin fikrini öyrənmək belə mümkünsüz olurdu. Cəlilabaddan aldığımız məlumata görə Xöşbəxt Ağayevə elə iş otağında həbs edilib. Saxlanılanlar arasında bir tibb bacısından başqa onun özü ilə Biləsuvardan gətirdiyi Dürdanə adlı qadının da olduğu bildirilir.

Lənkəranlılar nədən narazıdır?
Doğurdanmı 1-ci müavin sahibkarları soyur?0
Lənkəran sahibkarları rayon İcra Hakimiyyətinin 1-ci müavini İlqar Dadaşovun şəhərin abadlığı üçün toplanan vəsaitləri öz obyektlərinə sərf etdiyni idda edirlər. Sahibkarlar bildirirlər ki, 1-ci müavin İlqar Dadaşov son üç ayda 2 dəfə sahibkarlardan vəsait toplayıb və həmin vəsaitləri parkın abalaşdırılması üçün toplandığını iddia etsə də, əslində vəsaitləri öz obyektlərinin tikintisinə sərf edir.
Məlumatda bildirilir ki, İlqar Dadaşov inşa etdirdiyi bütün obyektləri son bir ayın içində yaxınlarının adına sənədləşdirərək qanuniləşdirib. (azfakt.com)
Bəs bu rayonun icra başçsından nə yazırlar?
Tanınmış hərbi ekspert Üzeyr Cəfərov Today.az saytına yazdiği məqalədən bir abzas:
“Doğulduğum Lənkəran rayonunda "tarixə" düşəcək bir icra başçısı var. Adına Taleh Qaraşov deyirlər. Bu şəxsin Lənkəranda o qədər "qara-qura" işləri var ki, mən inanıram ki, o nə vaxtsa çox ağır günlər yaşamalı olacaqdır. 3 saylı şəhər məktəbinin ərazisini ticarət məqsədiylə satan şəxsdən, yaxud Lənkəran Dövlət Universitetinin qarşısındakı nadir ağacları kəsdirən, orada yenə ticarət obyektləri tikilməsinə icazə verən adamdan nə gözləyəsən? Kəndlərə gedib özü ilə apardığı qaz balonlarını kameralar qarşısında guya "filan kəndə mavi yanacaq verildi" kimi saxta işlər görən başçıdan necə razı qalmaq olar? Lənkəranın Mərkəzi Bazarının ərazisinə girmək kifayətdir ki, bu başçının nə hoqqalar etdiyinin şahidi olasan.

Leyla Əliyeva “Lənkəran işi”ni
nəzarətə götürdü
Prezident İ. Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı Lənkərandakı xiyabanda nadir ağacların kütləvi şəkildə qırılması faktlarını araşdırmağa başlayıb.

Lerikdən tənqid olsa...
Lerikdən nə vaxt tənqid olsa 2 nəfərin adı hallanır – biri Lerikdən deputat seçilmiş İqbal MəmmədovŞ digəri Leriik İHB-nin 1-ci müavini Cəlil Baxşiyev.

Xəbərdə bildirilir ki, Lerik rayon iHB-nin 1-ci müavini Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşiyev ağır qəza keçirib. O, Zuvand ərazisində baş verən yol qəzasında ağır xəsarət alıb. Z.Baxşiyev Kələxan bələdiyyə sədri vəzifəsində çalışan bu şəxsin həminvaxtsərxoş olduği deyilir.
Cumhuriyyet.az-in apardığı araşdırması zamanı bəlli olub ki,baş vermiş avtoqəza hüquq mühafizə orqanları tərəfindən rəzmi qeydiyyata alınmayıb və bələdiyyə sədri Zəfər Baxşiyevin sərxoş halda avtomobil idarəetməsinə görə cəza almasının qarşısı alınıb.

Onu da bildirək ki, Baxşiyevlər rayonda doqquz qardaşdırlar. Məhz bu faktın şərəfinə Lerikin Zvand ərazisində möhtəşəm “9 qardaş” İstirahət Mərkəzi tikilib. Burda istirahət edənlər isə varlı məmurlar və onların övladlarıdır.

Cumhuriyyet.az-ın bildirdiyinə görə Lerik rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Lerik-Lənkəran yolunun üstündə də restoran və istirahət kompleksinə sahibdir. Lerikin mərkəzində bir neçə iri ticarət obyektlərinə sahib olan Cəlil Baxşıyevin həmçinin paytaxt Bakı şəhərində də bir neçə marketi və ticarət obyektlərinin olduğu bildirilir.

Hazırda bələdiyyə sədri olan qardaşının sərxoş halda törətdiyi avtoqəzanı örtbasdır etdirən C.Baxşəliyevin özünün də adı bir neçə qalmaqallı olaylarda hallanır.

Biləsuvarin icra başçısının bağışlanmaz səhvi
Bu yaxınlarda düşmən snayperinin atəşinə tuş gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri Şahmurad Əlizadənin dəfn mərasimində rayonun icra başçısı Mahir Quliyev adlı şəxs çox böyük rüsvayçılığa yol verib. Rayon ictimaiyyətinin nümayəndələri şəhidin tabutunu çiyinlərində, müsəlman qayda-qanunlarına müvafiq olaraq "Allahu Əkbər!","Şəhidlər Ölməz, Vətən Bölünməz" nidaları ilə dəfn etməyə apararkən,yolun yarisinda dəfn prosesi saxlandırılıb. Səbəb də o göstərilib ki, bəs sən demə, icra basşisi Mahir Quliyevin başı çox qarışıq olub -, onu gözləmək lazımdır.
Bir qədər sonra isə dəfn prosesinə qatılan isra başçısı çox böyük səhvə yol verib. Şəhidinə sayğı göstərmək əvəzinə "Mal ölusu aparirsiz,ya meyid,bu ne hay küydü?" kimi sözlərlə camaatı təhqir edib. Hələ bu da son deyil. Şəhidin meyidi zorla UAZ markalı avtomobilə qoyularaq təkbaşına dəfn yerinə aparılıb. Çox pərt olan camaat da piyada Şəhidin son mənzilə yola salınan yerinə getməli olub. Mənə çox qəribə gələn hadisə yerində Müdafiə Nazirliyinin məsul zabiti polkovnik Abdulla Qurbaninin susması və bu rüsvayçılığa təpki göstərməməsi olub.
Qeyd: cənub olayları bununla bitmir. Yer azlığından biz İŞİD-in fəallarından olan lənkəranlı, eləcə də Lənkəran da aşkarlanan tiryəkxanada nəbs edilən qadın haqqında məlumat verə bilmədik. Yazıda adları sadalanan şəxslərin isə həmişə mövqeyini təqdim etməyə hazırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10