Lənkəran rayonundakı Viravul kənd 2 saylı tam orta məktəbinin təşəbbüsü ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Hər evdə bayraq olsun!” aksiyası keçirilib.
Aksiyaya qoşulan şagirdlər kəndi qapı-qapı gəzərək evlərə bayraq hədiyyə ediblər. Vətənpərvərliyin təbliğinə hesablanmış bu aksiya, məktəblə icma əlaqələrinin möhkəmləndirilməsi, şagirdlərdə vətənpərvərlik və paylaşmaq hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Aksiya çərçivəsində 100-dən çox evin sakininə bayraq paylanılıb. Məktəbin təşəbbüsü kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Cenub.az