Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş nazirdən sürücülük vəsiqələri ilə bağlı mühüm - QƏRAR



Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir.


Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

“Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:

1.1.1-ci yarımbəndə “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra “, “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və “İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilir;

1.1.3-cü yarımbənddə “yazılmasını və oxunmasını” sözləri “mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi çıxarılır;

1.1.4-cü yarımbənd ləğv edilir;

1.1.6-cı yarımbəndə “həddində” sözündən sonra “, informasiya sistemi “Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilir;

1.1.10-cu yarımbənddə “(OVİ - opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilir.

oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10