Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranlı 74 yaşlı quşbaz zoopark açmaq istəyir



Lənkəran sakini müxtəlif növ quşları həyətində bəsləyir.

Liman şəhərində yaşayan 74 yaşlı Abbas Abbasov həyətində 300-ə yaxın 30 növdə olan müxtəlif cinsli quş saxlayır.

50 ildən çoxdur ki, bu işlə məşğul olan A.Abbasovun təsərrüfatında dünyanın müxtəlif ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür.

Onun yaratdığı quş parkında daha çox tovuzquşu, qızılqaz, qırqovul, mandarin və karalin ördəkləri, sultan toyuğu və s. növ quşlara rast gəlmək mümkündür.

Təsərrüfatçının saxladığı quşların içərisində ən kiçiyi bildirçindir. Onun çəkisi 50 qram təşkil edir. 

İşindən xüsusi zövq alan A.Abbasov bildirir ki, quşların yemlənməsi nə qədər çətin olsa da, o buna xüsusi diqqət göstərir. 

“Qırmızı kitab”a düşən nadir canlıları bəsləmək və saxlamaq elə də asan başa gəlmir. Ev quşlarının içərisində ən çox maraq doğuran isə ayam çemani adlı qara toyuqlardır. 
Quşları görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan, ətraf rayonlardan deyil, eyni zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir.

Quşbaz bu quşları satmaq, biznes qurmaq üçün saxlamır. O, quşları yemləmək və saylarını artırmaqla rahatlıq tapdığını bildirir. Ən böyük arzusu isə zoopark yaratmaqdır. 

A.Abbasov eyni zamanda ömrünün böyük bir hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində - Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziyada flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib.

oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10