Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda hamilə olan 8-ci sinif şagirdinin başı kəsilib? – RƏSMİ AÇIQLAMA (YENİ 2-VİDEO)



Sosial şəbəkələrdə 8-ci sinif şagirdinin başı kəsilməsi ilə bağlı video paylaşıb. Hadisənin Azərbaycanda baş verdiyi bildirilir.

Qız hamilə qaldığı üçün atasının Rusiyadan sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyi iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.

***15:29

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirib ki, yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb. Diqqətə çatdırılıb ki, sözügedən hadisənin harada və nə vaxt baş verdiyi öyrənilir. 

Unikal.org






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10