Hindistanda 15 yaşındakı görmə qüsurlu bir məktəbli qız iki müəllimin təcavüzünə məruz qalıb.
Qorxunc hadisə iki ay əvvəl sadəcə qüsurlu şagirdlərə təhsil verən bir məktəbdə baş verib. 62 və 30 yaşlı iki müəllim iki ay boyunca müəyyən aralıqlarla görmə qüsurlu qıza musiqi otağında dəfələrlə təcavüz edib.
Baş verən ağlasığmaz hadisə son olaraq gənc qızın məktəbdən evə gəldiyi zaman xalasını qucaqlayaraq başına gələnləri danışması ilə ortaya çıxıb. Qızın xalası hadisə ilə bağlı polisə xəbər versə də hər iki müəllimin qaçdığı və hələ də tapılmadığı bildirilib.
Qeyd edək ki, Hindistanda hər il ortalama 40 min insanın təcavüzə məruz qaldığı ifadə edilib.
moderator.az