Ermənistanda “erməni tarixi” və “erməni dili” dərslərinin ali məktəblərdə məcburi şəkildə tədrisi tələbə qiyamına səbəb olub.
Erməni mənbələri xəbər verir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Ali Təhsil və Elm haqqında qanun layihəsinə etdiyi dəyişikliyə əsasən, "erməni dili", "erməni ədəbiyyatı" və "erməni tarixi" fənləri ali təhsil müəssisələrində məcburi şəkildə tədris edilcək. Tələbələr isə hesab edir ki, erməni dili, habelə kilsə tarixinin öyrədilməsi “daha zəruri fənlərin” tədrisinə əngəl yaradır, onları sıxışdırır. Tələbələrin qənaətincə “erməni tarixi” və “erməni dili”nin tədrisindəki məcburiyyət aradan qaldırılmalı, bu məsələdə könüllülük prinsipi tətbiq edilməlidir.
Öz istəklərini həyata keçirmək üçün aksiya keçirən erməni tələbələri iddia edir ki, bu cür məcburiyyət müxəlif peşələr üzrə təhsil alan şəxslərin öz peşələrini dərindən mənimsəməsini əngəlləyir, onların “əbəs yerə vaxtını alır”.
Məlumat üçün qeyd edək ki, tələblərin məlum narazılığı Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən də dəstəklənməkdədir. N.Paşinyan sosial şəbəkədəki açıqlamasında ixtisas təhsilinin “erməni dili” və “erməni tarixi”nin öyrənilməsindən daha vacib olduğunu bildirib.
Onu da qeyd edək ki, orta və ali məktəblərdə tədris edilən erməni tarixi “Böyük Ermənistan” haqqında yalan və mifdən ibarətdir. “Milli tarix” adı ilə erməni gənclərinə öyrədilənlər az qala bütün regionun “tarixi erməni torpağı oladuğu” və “ana vətəni azad etməyin zəruriliyini” təlqin edir.
moderator.az