Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BSU-nun rektoru Nurlana Əliyevaya AÇIQ MƏKTUB


Tərtərdən yazıram Sizə!

 

Rektor olduğunuz Universitetdə mənim şagirdlərim oxumuşlar və oxuyurlar. Sizə neçə illər öncə - o zaman rektor Kamal Abdulla idi - universitetdəki dialoqu xatırladım. Kamal Abdulla birinci kurs tələbələri olan auditoriyaya daxil olur, onları təbrik edir. Sonra da deyir ki, tələbə adı qazanmışsınız, amma axı nələri oxumusunuz? Əlbəttə , dərslikdən başqa heç nə! Şagirdim Rəşad (Rəşad Camal Mehdiyev) yerindən qalxır və "Siz soruşun ki, nələr oxumamışıq?!" deyir. Nə oxumusan, məsələn?! Rəşad da az qala dünya ədəbiyyatının yarısını sayıb. Hardan oxuyurdun, dərslikdənmi? - deyə soruşur. Rəşad "Xeyr, ədəbiyyat müəllimimin şəxsi kitabxanasından! Və əlavə edim ki, müəllimim Bəsti müəllimə ilə bir fakültədə oxumuşsunuz!"

 

Nurlana Əliyeva! Atəş bölgəsindən, cəbhə xəttindən Sizə göndərdiyim uşaqlar rektorla polemikaya girəcək qədər səviyyəli olduğu halda, Siz nə işlə məşğulsunuz?! Bu millətin övladlarını manqurtlaşdırmağa mənəvi haqqınız yoxdur! Xəbərin olsun, hər bir dərsimə başlamadan ayaqdayıq, himn oxuyuruq, sonra dərs. Bu coşqunu yaratmadan hansı milli mənəvi dəyərdən danışmaq olar? Bəs, Siz neylədiniz? Sizə bir rus filmi xatırladım: Sredi beloqo dnya! "Günahı olmayan birini ittiham edirlər. Ailə şərəfini qorumaq üçün bir alkaşı, tüfeylini öldürmüşdü. Müstəntiq soruşdu ki, niyə öldürdün axı? Müttəhimin cavabı: Potomu çto, on plyunul na moyu serdsu sredi beloqo dnya! Siz...Nurlana Əliyeva! Şəhid sızıltısı hələ də ürəyində qövr edən bu millətin ürəyinə vı plyunuli sredi beloqo dnya! Üstəlik manqurt tələbələri də bu məkrinizə qoşdunuz! Siz bu tələbələrə bilirsiz nə öyrətməli idiniz?! Primakovun əli havada qalmalı idi. Deməli idilər ki, mənim babam olmuş Yanvar şəhidləri!

 

Mən ədəbiyyat müəllimiyəm. Bu yaxınlarda  "Azərbaycançılıq ideyasını şagirdlərə necə öyrədirsiz" pedaqoji mühazirəsinin qalibi olmuşam. Sizə də öyrədə bilərəm! Ya Tərtərə gəlin, dəyirmi masa polemikasına, ya da mən gəlim! Yoxsa elə bilirsiniz, Slavyan aləmini bircə Siz bilirsiz. Əgər rusun tarixi, ədəbiyyatı, musiqisi, teatrı, rəssamlığından və ya kino sənətindən həmmüsahib olaq. Bircə addım məndən qabağa keçsəniz, Sizdən üzr istəyəcəm! Hansı dildə olacaq bu duello - rus və ya Azərbaycan, fərq etməz!

 

PS. Primakovu da dəvət edin! Esseləri də gətirin. Onları özüm yoxlayacağam!


Siz və Universitetiniz - İKİ aldınız bu xalqdan!






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10