Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

UŞAQLARI SEVINDIRMƏYIN SADƏ YOLU-


Onları ekskursiyaya aparmaq


İndi çoxlarının məktəblərlə bağlı gileyi ondan ibarətdir ki, uşaqları heç nə ilə maraqlandırmaq olmur. Sən demə, bunun çox sadə yolu var imiş-onları ekskursiyaya aparmaq.
Bu günlərdə “Ilin məktəbi”, R. Əlhəsənov adına Masallı şəhər q saylı məktəbin 32 şagirdi Lənkəran və Astara rayonlarına ekskursiya ediblər. Səfər 2 dəfə
“İlin məktəbi” adını qazanmış Lənkəran 4 saylı Humanitar təmayüllü məktəb-liseydən başlayıb. Uşaqları sevindirməyin sadə yolu-
Məktəbdə yaradılmış muzey uşaqların diqqətini daha çox cəlb edib. Burada Azərbaycanən bütün dövlət qoruqlarının maketi hazırlanıb. Həmin maketlər mərci, buğda, lobya və digər bitkilərdən, balıqqualağı, kibrit, şüşə və sair məhsullardan hazırlanıb. Burada “Yer” günəndən tutmuş, “Palçıq vulkanları”, “Səməni bayram” gününədək, mahnı və rəqs müsabiqələrinədək tədbirlər keçirilir. Uşaqları sevindirməyin sadə yolu-
Masallıdan gəlmiş şagirdlər muzeydən sonra məktəbdəki elektron fənn kabinələri ilə tanış olublar.
Daha sonra Lənkəran Xan Evindəki Dyarşünaslıq muzeyinə və H. Əliyev Mərkəzinə səyahət olunub.
Lənkəran məktəbliləri ilə çay süfrəsi arxasında görüş isə tədbirin ən maraqlı məqamlarından olub. Uşaqları sevindirməyin sadə yolu-
Bütün tədbir boyu ekskursiya iştirakçılarını xüsusi qonaqpərvərliklə, alicənablıqla müaşyiəət edən məktəbin direktoru, təkcə Lənkəranın yox, ölkənin tanınmış, dəyərli pedaqoqlarından olan Yeganə xanım Əsgərovanın zəhməti xüsisi təşəkkürlərə layiqdir.
Hazırda 4 saylı məktəbə 2016-cı ildə təntənə ilə qeyd oluacaq 110 illiyinə hazırrrlaşır. Uşaqları sevindirməyin sadə yolu-
Xatirrladaq ki, bu məktəbin öz gerbi, himni, bayrağı, qəzeti, bir neçə sosial səhifəsi var. Məktəbin 10-a yaxın müəllimi müxtəlif mükafatlarla təltif olunub.
Şagirdlər Lənkərandan sonra Astaraya yola düşüb, burada yeni salınmış bulvarla tanış olublar, burada bir neçə saat istirah etmişlər.
Bütün gün ərzində davam edən eskursiya şagirdlərdə olduqca maraqlı təəssüratlar yaratmışdır. Uşaqları sevindirməyin sadə yolu-
Fidan Abbaslı









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10