İraqın şimalına qaçan terrorçular hakimiyyət boşluğundan istifadə edərək yeni təhlükəsiz bölgədə məskunlaşıblar.
Cenub.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ hərbi qüvvələrinin komandanlarından biri olan Uilyam Sili deyib.
O bildirib ki, həmin bölgə PKK-çıların çoxluq təşkil etdiyi Qəndilə yaxındır:
“Bu terrorçular regionda xəlifəliyi yenidən qurmaq istəyir”.