Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi - Yenilənib



Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Cenub.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Xanımı qeyd edib ki, Heydər Əliyev Fondundan ona zəng ediblər: "Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var". 

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. 

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Türkiyədən dəvət edilən mütəxəssislər artıq Bakıdadır.

***

AzadlıqRadiosunun məlumatına görə, Türkiyədən gələn mütəxəssislər Oqtay Gülalıyevi müayinə ediblər və vəziyyətini çox ağır, kritik hesab ediblər.

Bildiriblər ki, müalicəsini Türkiyədə davam etdirə bilərlər, amma sağalmasına da tam zəmanət yoxdur. Ailədən razılıq alınıb və Oqtayın Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10