Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qarabağ qaytarılsa, erməni xalqı məhv olacaq” – “Keçmişimizə dönüş yoxdur”


​oDavid Babayan: “Bu, həm də o demək olacaq ki, xalqımız müstəqil bir dövlətçiliyə sahib olmağa layiq deyil”




Qarabağda erməni separatçıları tərəfindən yaardılan qondarma “respubika”nın qondarma “prezidenti”nin mətbuat katibi David Babayan, Ermənistanın baş nazir Nikol Paşinyanın Qarabağla bağlı verdiyi son bəyanatı şərh edərkən maraqlı açıqlamalar səsləndirib.

 

Erməni mənbələri xəbər verir ki, Qarabağ məsələsində hər hansı bir güzəştin müzakirə mövzusu olmadığını bildirən D.Babayan,  Qarabağın qaytarılacağı təqdirdə bütün erməni xalqının məhv olacağını bildirib. O, qeyd edib ki, belə bir addım erməni xalqı üçün həm də mənəvi təhqir olar: 

 

“Əgər xalqımız Qarabağın təhvil verilməli olması ilə bağlı qeyri-adi bir qərar verərsə, bu, o demək olacaq ki, xalqımız müstəqil bir dövlətçiliyə sahib olmağa layiq deyil və dərhal məhv olacaqdır. "

 

D.Babayan keşmişə dönüşün olmadığını da vurğulayıb. Habelə, qeyd edib ki, qondarma “respublika”nın icazəsi olmadan Qarabağ məsələsində hər hansı razılıq əldə edilə bilməz.

Erməni təmsilçisi Azərbaycan və erməni xalqları arasında barışıq ehtimalının zəif olduğunu da vurğulayıb və bunu “Azərbaycan xalqının sülhə hazır olmaması ilə” izah edib. D.Babayan qeyd edib ki, əgər İrəvan  Qarabağ ermənilərinin razılığı olmadan Azərbaycanla hər hansı bir anlaşmaya gedərsə, bu, erməni dövlətçiliyinin sonu olacaq.

 

Göründüyü kimi, erməni separatçıları işğal edilmiş əraziləri boşaltmaq niyyətində deyil və buna erməni xalqının sonunu gətirən faciə kimi yanaşırlar. Bununla belə, separatçılar tərfindən verilən bəyanatlarda Xankəndi ilə İrəvan arasında ənənəvi inamsızlığın mövcudluğu da özünü hiss etdirir. Verilən bəyanatlardan görünür ki, Qarabağ separatçıları Ermənistanın onların marağını satacağından və Azərbaycanla məlum problemi sülh yolu ilə həll edə biləcəyindən ehtiyat edir.

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10