İranda müttəhim şəxslərin etiraflarını yazmaq qadağan olunub.
Bu məlumatları yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.
Bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində yazıb.
M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə bununla bağlı qadağa layihəsi daxil olub.
Deputat bildirib ki, layihə təsdiqlənərsə, məlumatları yayan KİV nümayəndələri əlavə olaraq müttəhimlərdən üzr də istəyəcək...
moderator.az