Bu, yalnız bir humanitar təşkilatın 10 ay ərzində payladığıdır...
Türkiyənin İnsan Hüquqları və Azadlıqlarını Müdafiə Humanitar Yardım Fondu (İHH) Suriyada sutkada 400-500 min çörək paylayır.
Haberler.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə İHH rəhbəri Səlim Tosun danışıb. Onun sözlərinə görə, təşkilat suriyalı ailələr arasında çörək paylamaqda davam edir. Fondun rəhbəri bu humanitar təşkilatın Suriyadakı çörəkbişirmə sexlərində həftədə 6 gün çörək bişirildiyini söyləyib. S.Tosun çörəkbişirmə sexlərində 80 adamın çalışdığını və Suriyadakı məcburi köçkün düşərgələrində hər gün 400-500 min çörək paylandığını bildirib. Onun sözlərinə görə, Suriyada 10 ay ərzində İHH xətti ilə 125 milyon çörək paylanıb.
Moderator.az-ın araşdırmasından bəlli olub ki, bu türk təşkilatı 2018-ci ildə Suriyada 270 milyon çörək paylayıb.
Xatırladaq ki, 1992-ci ildə qurulan Türkiyənin İnsan Hüquqları və İnsan Azadlıqlarını Müdafiə və Humanitar Yardım Fondu (İHH) dini və irqindən asılı olmayaraq dünyada ehtiyacı olanlara kömək edir. Fond 5 qitədə, 135 ölkədə fəaliyyət göstərir, müharibə, aclıq, su, ərzaq qıtlığı və təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım edir.
moderator.az