Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Təhsilə İctimai Dəstək qrupu təsis yığıncağını keçirtdi və həmrəhbərləri seçildi



Bir neçə aydır kı Masallı Təhsil Şöbəsi yanında Təhsilə İctimai Dəstək Qrupu barədə söhbətlər dolaşır, “sınaq” tədbirləri keçirilirdi. Nəhayət, bu gün - 4 noyabrda qrupun təsis yığıncağı keçirildi.

Qrupun təsis yığıncağı  Rayon Təhsil şöbəsində baş tutdu. Həmişə tədbirlərdə iştikaçıların “lallığından” gileylənsək də, bu dəfə 15 nəfər  üzvü olan təşəbbüs qrupu üzvlərinin qızğın müzakirəsinin  şahidi olduq.


Tədbirdə RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edərək qrupun işinə uğurlar diləyərək qeyd etdi ki, qrupun səmərəli fəaliyyəti üçün mümkün olan bütün şəraiti yaradacaq, qrupda səslənən təkliflərin reallaşması üçün səylərini əsirgəməyəcək.

 

 

Tədbirdə öncə vurğulandı ki, Qrup kiməsə qarşı yaradılmayıb. Kimisə cəzalandırmaq, yaxud da mükafatlandırmaq üçün də deyil - sadəcə rayonumuzda təhsilə ictimai dəstək məqsədi llə yaradılıb.

Məlumat üçün qrupun tərkibini sizə təqdim edirik:


Masallı Rayon Təhsil Şöbəsi yanında Təhsilə İctimai Dəstək Qrupu 

1. Ağamməd Şənmədov Qrupun həmrəhbəri 

2. Kamal Təhməzov Qrupun həmrəhbəri 

3. Mehriban Əzizova Kurator 

4. Məmmədağa Sadıqov Kurator 

5. Elmar Qulamov Kurator

 6. Azadəli Vəliyev Kurator 

7. Şəhla Fətullayeva Kurator 

8. Yaqub Ələmov Kurator 

9. Zahir Əmənov Jurnalist 

10. Elşən Hacızadə Valideyn 

11. Rabil Abdinov Müəllim 

12. Əkbər Mahmudov Metodist 

13. Abbas Abbaszadə Metodist 

14. Tofiq Əsgərov Məsləhətçi 

15. Niyazi Bağırov Məsləhətçi

İlk çıxış üçün söz Elşən Hacızadəyə verildi. O, Ərkivan 2 saylı (Bədirli məhəlləsi) tam orta məktəbində valideyn komitəsinin gördüyü işlərdən danışdı:

-       Biz “pis adam” olmaqdan çəkinmədik – oradakı müəllimlərin çoxu yaxın qohumumuz, doğmamız olmasına baxmayaraq. Öncə intizama ciddi nəzarət etdik – bəzi müəllimlərin dərsə geçikməsi, bəzilərinin başdansovdu dərs keçməsi adi hal almışdı. Valideynlərin yardımı ilə məktəbə kamera quraşdırdıq   Bütün bunlarla yanaşı bəzi problemlərin aradan qaldırılmasında məktəb rəhbərliyinə kömək etməyə çalışdıq. Nəticə göz qabağındadır. Nəticələrinə görə rayon üzrə sonunculardan olan məktəb ötən il qəbulun nəticələrinə görə öncüllərdən oldu-2 nəfər 600-dən yuxarı, 5 nəfər isə 500 və 400 baldan yuxarın nəticə göstərdilər.

Kurator Kamal Təhməzov da çıxışında valideyn-məktəb əlaqəsinin olduqca vacib olduğunu söylədi:

-       Kuratorlar Yaqub müəllim və Məmmədağa Sadıqov da maraqlı təkliflər səsləndirdi. Onlar keyfiyyətə daha çox  diqqət yetirlməsinin vacibliyindən söz açdılar. Eləcə də qeyd etdilər ki, qabaqcıl məktəbləri, valideyn komitələrinin təcrübəsi daha geniş yayımlanmalıdır.

-       Çoxlu nümunələr gətirdilər. Bir-birindən maraqlı təkliflər səsləndirdilər.


Tədbirin sonunda qrupun həmrəhbərləri seçildi. Bu vəzifələr kuratorlar Kamal Təhməzov və Ağaməmməd Şəmmədova etibar edildi.

Qrupun fəaliyyəti cenub.az saytında və qrup üzvülərinin FB səhifələrində geniş və ardıcıl işıqlandırılacaq.

Qrupun işində hamını fəal iştirak etməyi, işgüzar müzakirələr qatılmağa, fərqli düşüncənin məhsulu olan fikirlər səsləndirməyə dəvət edirik.

Qrupun Mətbuat xidməti






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10