Kristiano Ronaldonun anası Mariya Dolores Aveyru futbol dünyasında mafiya mühitinin olduğunu iddia edib.
xarici media xəbər verir ki, bu barədə Ronaldonun anası Portuqaliya mediası “Sinc Noticias”a danışıb. Qadın açıqlamasında qaranlıq qüvvələrin oğlunun uğurlarına əngəl yaratdıqlarını bu şəkildə bildirib:
“Mafiya var. Bəli, futboldakı bu qruplaşmanı belə adlandıra bilərik. Əgər futbol mafiyası olmasaydı, oğlum daha çox fərdi mükafatlar qazanardı. Əgər baş verənlərə diqqət etsəniz bunların mafiya səbəbindən baş verdiyini görə bilərsiniz. Mənim oğlum ingilis və ya ispaniyalı olsaydı, bütün bunlar başına gəlməyəcəkdi. Hazırda ona qarşı etdiklərini edə bilməzdilər. Amma o bir portuqaliyalıdır…”
Qeyd edək ki, ötən il portuqaliyalı ulduzun bacısı Katia Aveyru da buna oxşar açıqlamalar edib. Ronaldonun “Real Madrid”dən komanda yoldaşı, xorvatiyalı oyunçu Luca Modrikin qazandığı “Ballon D`or” mükafatından sonra bacısı “Təəssüf, yaşadığımız dünya belədir; mafiya və pulla çürümüş bir yerdəyik” ifadələrini işlədib.
Kariyerası boyunca 702 dəfə qol vuraraq rekorda imza atan Ronaldo “Barcelona”nın argentinalı ulduzu Lionel Messi ilə birlikdə “Ballon D`or”a mükafatını 5 dəfə ən çox qazanan futbolçudur.
konkret.az