...Dərsliklər, politoloqlar və s. vasitəsi ilə bizlərə təlqin edilir ki, guya II Cahan savaşından sonra Böyük Britaniya imperiyası dağılıb. Amma əslində həmin imperiya cildini dəyişərək daha "mədəni", "modern", "intellektual" qılafa girib...
Bəs ilk baxışdan çoxlarının yalnız simvolik bir taxt-tac qurumu hesab etdiyi, “ingilis millətinin birliyinin və dövlətinin varisliyinin rəmzi” saydığı Britaniya krallığı planetin böyük bir hissəsini hansı rıçaqlarla idarə edir, ölkələri, xalqları özünün köləsinə necə çevirir?
“British Petroleum”, “Shell”, “ICAP”, “British American Tobacco”, “SABMiller”, “American Standard Life”, “Rio Tinto” və s. kimi şirkətlər Kraliça II Yelizavetanın digər dövlətlər üzərindəki nəzarətində hansı rol oynayır?
Bu günlərdə Birləşmiş Krallıqda dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalamış Kraliça II Yelizavetanın dünyanı idarə etmək üçün yararlandığı ən böyük agent və korporasiyalar hansılardır?..
Bu və digər suallara cavab tapmaq üçün xarici mediayın hazırladığı materialı müzakirənizə buraxırıq:
Maltanın Suveren Hərbi Ordeni varis oldu və məşhur Tampliyer Ordeninin gücünü və sərvətini nəzarətə götürdü. Eyni zamanda bu təşkilat ilk mərkəzi bank - Vatikan Bankı vasitəsi ilə Roma İmperiyası və Vatikanın hərbi, iqtisadi və bank sistemlərinə nəzarəti əlinə keçirdi.
1798-ci ildə Maltanın fəthi zamanı Napoleon Malta ordenini Roma Katolik Kahin Yezuitlərinin (“İsa Cəmiyyəti”) ordeninin idarəsinə verdi. Sonradan Yezuitlər Malta adasında İngilis nəzarətini qurdu və yalnız İngilis Yezuitləri tərəfindən komplektləşdirilən bir Yezuit kolleci yaratdılar. Yezuitlər Avropadakı katolik nüfuzunu sarsıtdı. Bunun üçün Cənubi Amerikada qazandıqları sərvətləri protestant və yəhudi bank evlərinə yönləndirdilər və Böyük Britaniya və Rotşildlər üzərində Venesiya klanı Pallavicininin nəzarətini yaratdılar.
1840-cı ildə Yezuitlər Kraliça Viktoriyanın evliliyi sayəsində taxta Saks-Koburq-Qot sülaləsinin bir qolunu gətirdilər. Bu, sonradan Vindzorlar sülaləsi adlanmağa başlandı və həmin sülalə hazırda Böyük Britaniya və Birlik ölkələrini idarə edir...
Bənzər bir tale Vatikanı da haqladı. Yezuitlər onu 1814-cü ilə qədər tam nəzarətə götürdülər. Həm Malta Ordeni, həm də bütün protestant kilsələri faktiki olaraq Yezuitlərin idarəçiliyi altına düşdü. Onların əsas ordeni olan Müqəddəs Qüds İoann Hospitalı ordeni isə Kraliça II Yelizavetanın idarəçiliyinə verildi. Malta Ordeninin bütün son qrossmeysterləri ingilislərdir. Keçmiş qrossmeyster Endryu Villoubbi Ninian Berti Kraliça Yelizavetanın əmisi oğlu idi...
Malta Ordeninin İngilis bölməsi İngiltərənin Böyük Prioaratı(idarəetmə orqanı) olaraq bilinir və rəhbərliyi əvvəllər İngiltərədəki Tampliyer cəngavərlərinin qərargahı olub. Malta ordeni ayrıca Rotşildlər ailəsinin köməyi ilə 1825-ci ildə Yezuitlər tərəfindən tutulan Londiniuma da (“TheCityofLondon”) sahibdir. “TheCityofLondon” İngiltərədə və dünyada ən güclü iqtisadi gücə - planetin maliyyə mərkəzinə çevrilib.
Bu gün Malta cəngavərləri əsasən “Black Nobility”(“Qara zadəganlar”), Vatikan və müxtəlif papa və kral ordenlərinin işində iştirak edirlər, xüsusən də sonda Vatikana və Maltanın Hərbi Ordeninə nəzarət edən Yezuitlərə...
Malta Suveren Hərbi Ordeninin ən güclü nəzarət edən daxili orqanları Bağlılıq Ordeni və Kraliça Yelizaveta tərəfindən idarə olunan Zəvvarlar Cəmiyyətidir...
Maliyyə dünyasını kimin idarə etdiyini soruşsaq, bunun “Equestrian Order of the Holy Sepulchre of Jerusalem” (“Qüdsdəki Müqəddəs Rəbbi Məzarının Atlı Ordeni”), Malta və “Opus Dei” olduğunu görərik. Nəzarət, “City of London Corporation” habelə və “The Worshipful Company of Mercers” şirkətləri, eləcə də sonradan “The Worshipful Company of International Bankers” vasitəsilə həyata keçirilir. Maliyyə aktivləri və onların nəzarətində olan axınların böyük hissəsi Böyük Britaniyanın offşor imperiyasından keçir. Bəzi hesablamalara görə, bütün ticarət və maliyyə axınının yarısını verən dünya kapitalının üçdə biri Britaniya offşorlarında milli dövlətlərin vergi orqanlarından gizlədilir.
“McKinsey & Company” şirkətinin keçmiş baş iqtisadçısı Ceyms S.Henri təqribən 35 trilyon dolların Britaniyanın offşor şirkətlərində, 6,1 trilyon dolların isə Britaniyadan asılı olan dövlətlərdə gizləndiyini təxmin edir. Bu offşor siyasəti nəticəsində dünya ticarətinin 60% -i çoxmillətli şirkətlərdə yalnız tranzaksiya- daxili əməliyyatlardan ibarətdir. Ümumiyyətlə, offşor şirkətlər səbəbindən çoxmillətli korporasiyalar ildə təxminən 240 milyard dollar vergi ödəmir...
Britaniyanın əsas offşor limanları bunlardır:
“TheCityofLondonUK” - Bu gün çirkli pulların yuyulmasının dünya paytaxtıdır. İngilis firmalarının köməyi ilə dünyanın dörd bir tərəfindəki korrupsioner məmurlara və cinayətkarlara naməlum mənşəli trilyonlarla ABŞ dollarını gizlətməyə kömək edir. 2000-ci ildən bəri Britaniya bankları qanunsuz ödənişlər edərək və cinayət yolu ilə əldə olunan gəlirləri leqallaşdıraraq 6 trilyondan çox dolların gizlədilməsinə şərait yaradıb.
Kayman adaları - Birləşmiş Krallıq ərazisidir. Burada bir sıra vergi güzəştləri, həmçinin aşağı maliyyə tənzimlənməsi və nəzarəti təklif edilir. Bu gün ölkə dünyanın beşinci ən böyük maliyyə xidmətləri mərkəzidir. Kaymanda 10 mindən çox qarşılıqlı investisiya fondu, 200-dən çox bank, 90 mindən çox şirkət və 140 hədəf şirkət var. Bura hedj-fondlar və sığorta şirkətləri üçün ən yaxşı yerdir.
Bermud adaları- İngiltərənin uzun müddətdir vergi məskəni kimi tanınan bir hissəsidir. Bermud vergi sistemi korporativ gəlir və ya investisiya gəlirindən deyil, yalnız işçilərin əməyinə görə vergi alır. Offşor əməliyyatları üçün ən böyük müştərisi ABŞ-dır.
Gernsi - İngiltərə tacına aiddir, lakin öz vergi qanunlarına malikdir. 65 min əhalisi olan ada tamamilə dənizdə "maliyyə cənnəti"nə çevrilib və onun əsas küçəsi özəl banklar, hüquq firmaları və mühasibat firmalarının əhatəsindədir.
Cersi - İngilis Tacından asılı bir adadır. Cersinin öz valyuta və vergi qanunları var. Gizlilik və adada maliyyə məlumatlarının açıqlanmaması mədəniyyəti Cersidə hər kvadrat milin 5 milyard dollar dəyərində olmasına səbəb olub. Cersidəki bütün vergidən yayınma əməliyyatlarının yarısı İngiltərənin özündən gəlir...
moderator.az