ReAl Partiyasının Məclisi növbədənkənar qurultay qərarı verib.
Bu barədə Məclis başqanı Azər Qasımlı yazıb.
O bildirib ki, təklif İlqar Məmmədovdan gəlib: "Bu gün ReAl Partiyasının Məclisinin növbəti iclası keçirildi. Partiyanın sədri İlqar Məmmədovun partiyada struktur dəyişikliklərin edilməsi və növbədənkənar qurultaya getmək təkliflərini dinlədik. İlkin versiyada dəyişikliklər təkliflərini bəyənmədim".
"Onun bu kart blanşdan düzgün istifadə edəcəyinə ümid edirik"
"İlqar Məmmədov həbsdə olduğu zaman obyektiv səbəblərə görə partiya quruculuğuna istədiyi kimi müdaxilə edə bilməyib. Məhz buna görə Məclis başqanı olaraq partiya Məclisindən xahiş etdim ki, növbədənkənar qurultay qərarını versin. Partiya nizamnaməsinə əsasən növbədənkənar qurultayın keçirilməsi qərarının verilməsi üçün Məclis üzvlərinin 23 səsinə ehtiyac olduğuna və bunun əldə edilməsinin çox çətin olmasına baxmayaraq partiya Məclisi növbədənkənar qurultay qərarını verə bildi və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsini yaratdı", - Azər Qasımlı yazıb.
Onun sözlərinə görə, partiya Məclisi İlqar Məmmədova bu gün kart blanş verib: "Onun bu kart blanşdan düzgün istifadə edəcəyinə ümid edirik".
ReAl Partiyası 2018-ci ildə qurultay keçirib. Belə ki, aprelin 7-də "Facebook" üzərindən səsvermə və müzakirələr başlayıb.
Aprelin 8-də isə təşkilatın ofisində səsvermə baş tutub.
Qurultayın nəticələrinə görə, ReAl partiyaya çevrilib, sədr isə İlqar Məmmədov seçilib.
Məclis üzvlüyünə 61 namizəddən 40-ı səsvermə yolu ilə seçilib.
/arqument.az/