“Qarabağ danışıqları ilə bağlı prosesdə qəribə görünsə də kifayət qədər maraqlı dinamika var. Mən nikbinəm və fikrimcə, bu dinamika davam edəcək”.
Cenub.az Azpost.info-ya istinadən bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nkol Paşinyan Facebbok üzərindən bu günkü canlı yayım zamanı bəyan edib. Paşinyan cəbhə xəttində gərginliyin azaldılmasını qeyd edib: “Bu bizim Düşənbədəki məlum müzakirəlrədən sonra baş verib”.
Bununla yanaşı Baş nazir deyib ki, erməni tərəfi bu gün itkilərə məruz qalır.
Paşinyan münaqişənin həli ilə bağlı özünün əvvəlki tezisini yenə təkrarlayıb: “Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qəbulolunan olmalıdır”.
Paşinyan deyib ki, rəqibləri erməni cəmiyyətini hərbi əməliyyatların başlanması ilə qorxudur: “Adamları müharibə ilə qorxudurlar. Belə təbliğat aparılır”. Bu şaiyələrə cavab verən Paşinyan bildirib ki, erməni-azərbaycanlı münasibətlərində yaranmış bu situasiya həmişə özündə təhlükəni saxlayıb.