Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə sərxoş məmurun gizlədilən avtoqəzası


Qəza törətməkdə isə Lerik rayon icra baçsının 1-ci müavini Cəlil Baxşiyevin qardaşı, bələdiyyə sədri Zəfər Baxşiyevin adı hallanır
Lerikdə sərxoş məmurun gizlədilən avtoqəzası


Azərbaycan məmurlarının macəraları seriyasına daha bir olay bu günlərdə Lerik rayonunda əlavə olundu. Beləki, “Bələdiyyə sədri sərxoş olub, qəza törətdi” başlığlı xəbər də məlumat vermişdir ki, “Lerik rayon icra başçısının müavini Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşiyev ağır qəza keçirib.

Zəfər Baxşiyev rayonun Zuvand ərazisində baş verən yol qəzasında ağır xəsarət alıb. Onunla birlikdə əmisi oğluda olub. Onların sərxoş olduğu deyilir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Z.Baxşiyevin vəziyyəti ağırdır.

Z.Baxşiyev Kələxan bələdiyyə sədri vəzifəsində çalışır.” Hadisəilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırçmalar zamanı ilginc faktlar üzə çıxıb.

Belə ki, baş vermiş avtoqəza hüquq mühafizə orqanları tərəfindən rəzmi qeydiyyata alınmayıb və Kələxan bələdiyyəsinin sədri Zəfər Baxşiyevin sərxoş halda avtomobil idarəetməsinə görə cəza almasının qarşısı alınıb.

Son vaxtlar avtoxuliqanlığa və sərxoş halda avtomobil idarəetməyə görə sərt cəzalar verildiyi halda sıradan bir bələdiyyə sədrinin bağışlanması təəccüb doğurur. Bu istiqamətdə araşdırmalarımız isə məsələni bələdiyyə sədrinin toxunulmaz qardaşı, Lerik rayon icra başçısının müavini Cəlil Baxşiyevin üzərinə gətirdi.
İlk olaraq onu bildirək ki, Baxşiyevlər rayonda doqquz qardaşdılar. Məhz bu faktın şərəfinə Lerikin Zvand ərazisin də möhtəşəm “9 qardaş” İstirahət Mərkəzi tikilib.

Belə ki, “9 qardaş” İstirahət Mərkəziinə Səlil Baxşıyev bir neçə milyon manat vəsait sərf edib və hazırda bu obyekt turizm rayonu kimi tanınan Lerikin ən dəbdəbəli və bahalı istirahət mərkəzlərindən hesab olunur.

Burda istirahət edənlərin hamısı isə varlı məmurlar və onların övladlarıdır.

İcra başçısının müavini olaraq C.Baxşəliyevin biznes dünyası bununla yekunlaşmır. Rayonda kı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Lerik-Lənkəran yolunun üstündə də restoran və istirahət kompleksinə sahibdir. İcra başçısının müavininin obyektləri bununla da bitmir. Lerikin mərkəzində bir neçə iri ticarət obyektlərinə sahib olan Cəlil Baxşıyevin həmçinin paytaxt Bakı şəhərində də birneçə marketi və ticarət obyektlərinin olduğu bildirilir.

Həmin ticarət obyektləri barədə isə Lerikin icra başçısın Rövşən Bağırovun xəbərsiz olduğu qeyd olunur. Ümumiyyətlə isə Cəlil Baxışovun Rövşən Bağırovdan gizli bir çox işlər görduyu, həmçinin gəlir sahələrinin olduğu vurğulanır.

Lerikin ən varlı şəxslərindən hesab olunan Cəlil Baxşıyevin bütün sərvətini və sərmayəsini dövlət büdcəsindən mənimsədiyi vəsait hesabına yaratdığı iddia olunur. Bu mənimsəmə faktları isə o qədər böyükdür ki, icra başçısının müavini bu gün milyonluq obyektlərə sahibdir və ölkənin ən kiçik rayonlarından birinin məmuru rəsmən özünü milyoner hesabedir. Sonda onuda bildirək ki, hazırda bələdiyyə sədri olan qardaşının sərxoş halda törətdiyi avtoqəzanı örtbasdır etdirən C.Baxşəliyevin özünün də adı bir neçə qalmaqallı olaylarda hallanıb.

Qeyd: Kiçik ixtisarla çap etdiyimiz bu yazı bir neçə gün öncə cumhuriyyet.az saytı vasitəsi ilə yayilsa da, hələ ki, yazıda adları çəkilən rəsmilər onu təkzib etməyiblər. cenubxeberleri. com saytı olaraq qarşı tərəflərin də fikrini işıqlandırmağa hazırdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10