Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mənim bu prosesdə iştirak etmək fikrim yoxdur” — Arif Əliyevdən Lavrovun təklifinə REAKSİYA


Xəbər verdiyimiz kimi, bir müddət bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıql səfərləri ilə bağlı müzakirələrin getdiyini bildirib.

 

Maraqlıdır, bu cür səfərlər Qarabağ probleminin həllinə az və ya çox dərəcədə nə isə qazandıra bilərmi?
 

Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bu məsələdə hər hansı müsbət gözləntisinin olmadığını bildirdi:
 

“Birincisi, mən belə xəbəri heç də Rusiyanın xarici işlər nazirindən eşitmək istəmirəm. Bunu Azərbaycan və Ermənistan öz arasında müzakirə edə bilərdi. Biz bu məsələdə niyə Lavrovdan göstəriş gözləməliyik ki? Ona görə mən istənilən halda bunu məqbul hesab eləmirəm. Həmsədrlərin bir yerdə bu barədə bir müraciəti olsaydı, bu, tamam başqa bir məsələ olardı. Amma Rusiya tərəfindən başlanmış bu prosesdə bu sahədə kikfayət qədər təcrübəsi və əlaqəsi olan bir adam kimi müsbət gözləntim yoxdur. Şəxsən mənim belə bir prosesdə iştirak etmək fikrim yoxdur. Düşünürəm ki, Ermənistanda da ağlı başında olan jurnalistlər bu prosesdən fayda gözləməyəcəklər.
 

Məsələnin ikinci tərəfinə gəlincə, hesab edirəm ki, jurnalisltər arasında müəyyən informasiya mübadiləsinin, müxakirələrin olması vacib məqamlardan biridir. Lakin bu, öz-özlüyündə bizim üçün məqsəd deyil. Bu, hansısa bir planın – sülh planınınmı, qarşılıqlı etimad yaratmaq planınınmı tərkib hissəsi olamlıdır. Yoxsa jurnalistlər gedib görüşsün, lakin siyasi prosesdə heç bir dəyişiklik olmasın, ictimaiyyət fəalları arasında heç bir münasibət olmasın, bu, oyundan başqa bir şey deyil. Bu, heç bir real nəticəyə gətirib çıxarmayacaq. Necə ki, indiyə qədər bu, heç bir nəticə verməyib. Biz bu yolları artıq keçmiik. Başımız daşlara dəyib. Ona görə də indiki halda mən bunu nə real, nə də səmərəli hesab etmirəm. Düşünmürəm ki, ayrıca olaraq götürülmüş hər hansı bir sahədə Azərbaycan-Ermənistan münasibətləri baxımından uğur əldə etmək mümkün olsun”.


Demokrat.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10