Cəlilabadda “VTEK” sədri və köməkçisi həbs edildi
“VTEK” sədrinin necə “çörəkli iş” olduğunu ölkəmizdə bilməyən az tapılar. Hərdənbir “VTEK” sədrlərindən birini içəri atsalar da, sonradan yenə “həmin hamam, həmin tas” olur. Elə Masallı rayonunda da bu vəzifəyə son vaxtlar 3 dəfə yeni sədr təyin olunsa da, onların hamısı seyid olsa da, yenə də kabinetində nəzir yığan seyidlərlə müqayisədə küçədə nəzir yığan seyidlərin topladıqlarında yüksək fərq olur. Bu idarələrdə son “paklıq siyasəti”ndən sonra “tas”ların hansı məbləğdə olduğunu isə nəinki əlillər, sağlamlar da gözəl bilir. Hətta redaksiyaya sızan məlumatlara görə, kim yalançı əlillik vəsiqəsi almaq istəyirsə və Səhiyyə-“VTEK” çütlüyünə 1000 + 2300 = 3300 məbləğində görüm baxım edirsə, sapsağlam adam da olsa, qısa müddətdə 2-ci, hətta 1-ci qrup əlil ola bilər. Belə bazarlığı edənlər isə ay ərzində 100-ə yaxın şəxs olur.
Biz nəzərdə tutmuşuq ki, yaxın vaxtlarda bu təşkilatın yoxlama komissiyalarının iclasında bir neçə jurnalistlə iştirak edib, onların “qabaqcıl” təcrübəsi ilə dərindən tanış olaq. İndi isə Baş prokurorluğun məlumatı ilə tanış olaq.
Bu il aprel ayınən 7-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanı Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.
Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.
Əldə olunan məlumata görə, baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-dən olubmuş.
“Virtual.az” saytının yaydığı məlumata görə X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın “sağ əli” sayılan tibb bacısıdır.
X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyirdi. X.Ağayeva bu vəzifəyə təxminən 1 ilöncə təyin olunmuşdu. Təyinatından heçbir ay keçməmiş yerliməmurlarla münaqişəyə girmişdi.
Qeyd: “Cənub xəbərləri” qəzeti Xöşbəxt xanımın bu vəzifəyə keçdiyi hələ ilk aylardan onun qanunsuz əməlləri, insanlala kobud rəftarı barədə oxucuları məlumatlandırmışdı. Hətta iş o yerə çatmışdı ki, Xöşbəxt xanım dünyasını dəyişmiş bir şəxsə də pensiya təyin etdirməyə nail olmuşdu. O, elə şərait yartmışdı ki, Xöşbəxt xanımla danışmaq, qarşı tərəfin fikrini öyrənmək belə mümkünsüz olurdu. Cəlilabaddan aldığımız məlumata görə Xöşbəxt Ağayevə elə iş otağında həbs edilib. Saxlanılanlar arasında bir tibb bacısından başqa onun özü ilə Biləsuvardan gətirdiyi Dürdanə adlı qadının da olduğu bildirilir.
Rauf