Cochin Hindistan Hava limanında gömrük işçiləri saçlarının altında qızıl keçirən gənci saxlayıblar.
Xarici KİV-i xəbər verir ki, əslən Hindistanın Mallapuram şəhərindən olan Naushad adlı bir gənc 1.13 kiloqram qızılı bədənin müxtəlif yerlərində yerləşdirərək gömrükdən gizli yolla keçirmək istəyib.
Gömrük işçiləri araşdırma zamanı gəncin ayağından və başının ortasından qızıl küpəsi tapıblar. Araşdırma zamanı məlum olub ki, gənc başqa şəxslərə məxsus qızılı başının ortasını keçəl etməklə yerləşdirib, üzərini isə başının ətrafındakı tüklərlə örtüb.
unikal.org