Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qırğızıstan Prezidenti: "Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"



Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.

Cenub.az konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.

“Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim”, – deyə o bildirib. Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.

Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10