Onun 2-ci gözü dünyaya ilk uşağını gətirdikdən sonra tutulub
Abdullayeva Vəsilə Elşad qızı 1993-cü il mayın 5-də Masallı rayonunun Seybətin kəndində anadan olub. 2006-ci ildə, 13 yaşında sol közü tutulub. Belə ki, gözünün pərdəsi qopub. 2012-ci ildə həmkəndlisi Əkbərov Əlibaba Vidadi oğlu ilə ailə həyatı qurub. 2013-cü ildə dünyaya ilk övladları gəlib. Bundan 7 ay sonra isə 2-ci gözü də tutulub.
Həyat yoldaşı bildirir ki, Vəsilə Abdullayevanın atası və bir qardaşının da bir gözü görmür. Həkimlər bildirib ki, Vəsilə Abdullayevanın gözündə əməliyyat aparmaqla onun görmə qabiliyyətini bərpa etmək mümkündür. Lakin heç yerdə işləməyən Əlibaba Əkbərov həyat yoldaşını müalicə etdirmək gücündə deyil. Bu ailə imkanlıailələrdən, müvafiq təşkilatlardan kömək istəyir. Ən böyük ümidi isə Heydər Əliyeva adına Fondun rəhbəri Mehriban xanım Əliyevayadır.
Rauf