ABŞ-ın paytaxtı Vaşinqtonda oktyabrın 30-da qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) müstəqilliyinin qeyd olunması haqqında xəbər vermişdik. Bu tədbirin ABŞ konqresinin binası Kapitolidə, həm də Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə keçirilməsi isə erməni lobbisinin danılmaz fəaliyyətinin göstəricisidir. Bəs necə olur ki, bütün dəlilləri əlimizdə olduğu halda “Xocalı” soyqırımını ABŞ-ın yalnız 22 ştatı tanıyır. Amma heç bir dəlili olmadığı halda qondarma “erməni soyqrımı”nı artıq bu ölkənin 49 ştatı rəsmi olaraq tanıyır. Torpaqlarımızın işğal olunmasına başda 1 milyondan çox qaçqın və məcburi köçkün dəlil olduğu halda qondarma rejimin “müstəqilliyi” ABŞ Konqresində qeyd olunur. Özü də, həmin rejimin “xarici işlər naziri” Masis Mailiyanın iştirakı ilə. O burada sadəcə iştirak etmədi, həm də əsas məruzəçi kimi çıxış etdi. Həmin kürsüdə nə haqqında danışacağı isə yəqin ki, hər kəsə məlumdur.
Azərbaycanla müqayisədə Ermənistanın çox kasıb ölkə olduğunu nəzərə alsaq, bütün bunların dövlətlərin iqtisadi gücündən qaynaqlanmadığını görərik. Dünya miqyasında söz sahibi dövlətlərin strateji qərarlarına təsir edəbiləcək qədər güclü lobbi yaratmaq isə Ermənistanın hazırkı iqtisadiyyatı ilə qeyri-mümkündür. Deməli burada başqa faktor əhəmiyyət daşıyır. Həmin faktor isə şübhəsiz belə ölkələrdə yaşayan erməni əsilli məşhurlar və iş adamlarının apardığı milliyətçi fəaliyyətlərdir. Digər adı ilə, lobbiçilik.
Burada belə bir sual meydana çıxır ki, bizim, yəni Azərbaycanın da xaricdə yaşayan kifayət qədər zəngin və nüfuzlu şəxsləri var, bu halda niyə ermənilərdən geri qalırıq? Bəli, xaricdə yaşayan xeyli zəngin və nüfuzlu, Azərbaycan əsilli şəxslər kifayət qədərdir. Bəs görəsən həmin şəxslərin bu sahədəki fəaliyyətləri eyni qəbildən olan erməni əsilli şəxslərin fəaliyyəti ilə müqayisədə hansı səviyyədədir?
Xaricdə yaşayan erməni əsilli belə şəxslərin siyahısını və onların lobbi fəaliyyətləri ilə bağlı mətbuatda yayılan xəbərləri təqdim edirik:
- Corc Qurgen Dokmecyan - 1983-1991-ci illərdə ABŞ-ın ən böyük ştatının - Kaliforniyanın (İqtisadiyyatı Rusiya iqtisadiyyatından böyükdür) qubernatoru olub. Qubernator olaraq 1986-cı ildə qondarma erməni soyqırımının tanınması haqqında aktı imzalayıb. Hazırda Kaliforniya ştatının idarə olunmasında əsas orqanlardan olan Məsləhət Şurasının üzvüdür.
- Stiven Kandaryan - ABŞ-ın "MetLife" şirkətinin sahibidir. Bu şirkət dünyanın ən böyük 500 şirkəti arasında yer alır. Bu şirkətin 2012-ci ildəki gəliri 3,5 milyard dollar olub. Kandaryan dünyanın ən varlı ermənisi hesab olunur. Erməni lobbisinin "boz kardinalı" olaraq təqdim olunur.
- Qrayr Hovnanyan - ABŞ-ın "Hovnanian Enterprises İnc" şirkətinin direktoru. ABŞ-dakı ən böyük erməni kilsəsini inşa edib. Şuşa şəhərinə ən böyük maddi dəstəyi verənlərdən biri hesab olunur. Onun maliyyə dəstəyi ilə Şuşada onlarla ictimai obyekt inşa edilib.
- Kirk Kerkoryan - ABŞ-ın "Tracinda Corporation" şirkətinin sahibi. Las Veqasın ən böyük kazinoları bu şəxsə məxsusdur. Şəhərdəki hər 4 kazinodan və hər 5 oteldən birini ermənilər idarə edir. ABŞ-da "kazinolar imperatoru" olaraq tanınır. Son 5 ildə Ermənistana və erməni diasporuna 1 milyard dollardan artıq yardım edib. Özünün rəhbəri olduğu film şirkəti vasitəsilə Hollivudda qondarma “erməni soyqrımı”ndan bəhs edən “The Promise” adlı filmin çəkilməsinə nail olub və bütün xərcləri şəxsən qarşılayıb.
- Patrik Devedcyan - Fransa Parlamentinin deputatı. 1995-ci il Prezident seçkilərində Jak Şirakın şəxsi məsləhətçisi olub. Sarkozinin prezidentliyi zamanında hakim partiyanın baş katibi olub. Fransada “erməni soyqırımı”nın qəbulunda müstəsna rol oynayıb və Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş rayonunun maddi problemlərinin həllini öz üzərinə götürüb.
- Eduardo Ernekyan - Argentinanın "Aeropuerts Argentina 2000" şirkətinin sahibi. Argentinanın ən varlı 2-ci şəxsi hesab olunur. Argentinanın 32 aeroportunu Ernekyana məxsus şirkət idarə edir. İrəvandakı "Zvartnos" aeroportunun təmiri üçün 200 milyon dollar vəsait xərcləyib.
- Kim Kardaşyan - Dünyaca məşhur model, aktrisa, stilist. Hər fürsətdə erməni təbliğatı aparır və bunu əsasən ABŞ-ın xarici siyasətində əhəmiyyətli yer tutan Holivudda edir. O əsasən Ermənistanda yaşayan aztəminatlı ailələrə maddi yardım edir. K. Kardaşyan dəfələrlə qondarma “erməni soyqrımı”nın anım günü münasibətilə tədbirlərini təxirə salaraq Yerevana gəlib.
- Henrix Mxitaryan - "Arsenal" klubunun və Ermənistan milli komandasının futbolçusu. Azərbaycan ərazilərini işğal edən və həmin ərazilərdə dinc azərbaycanlılara qarşı terror törədən ermənilərə açıq şəkildə maddi dəstək verməkdədir. Dəfələrlə işğal altında olan Azərbaycan ərazilərinə səfər edib. Henrix Mxitaryanın Qarabağda azərbaycanlılara qarşı döyüşən terrorçularla, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım həyata keçirənlərlə dəfələrlə görüşüb və hər dəfə də onlara maddi yardımlar edib.
- System of a Down (SOAD) - Bütün üzvləri ermənilərdən ibarət dünyaca məşhur ABŞ alternativ-rok qrupu. Qrupun solisti Serj Tankyan ABŞ-da qondarma “erməni soyqırımı” ilə bağlı geniş təbliğat aparır. O dəfələrlə ABŞ-da bu münasibətlə keçirilən tədbirlərdə iştirak edib.
İndi isə gəlin Azərbaycan əsilli məşhurlara və iş adamlarına nəzər salaq. Rusiya vətəndaşı olan və “Lukoil” şirkətinin həmtəsisçisi və rəhbəri Vahid Ələkbərov. Onun ictimaiyyətə məlum olan, hər hansı belə fəaliyyəti mövcud deyil. Bu barədə heç bir internet platformunda “fake” xəbər belə yoxdur.
Eyni hal “Crocus” şirkətinin rəhbəri, məşhur müğənni Emin Ağalarovun atası, milyarder Araz Ağalarovda da müşahidə olunur.
2019-cu ilin göstəricilərinə əsasən birlikdə 7 milyard dollara yaxın sərvəti olan məşhur, Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevin isə azərbaycanlı olması belə bir çoxlarına məlum deyil.
Fərhad Əhmədov - Rusiyanın məşhur “Nortqaz” şirkətinin təsisçisi və keçmiş sahibi. Onun hazırda 1,4 milyard dollar sərvəti var. Hətta Azərbaycan mətbuatında belə onun Azərbaycan üçün nə etməsi haqqında yazılmış bir xəbərdə bildirilir ki, Milli Məclisin iki deputatı onu tanımayıb, sadəcə biri – Sabir Hacıyev onun oxuduğu məktəbi təmir etdirdiyini və doğulduğu Göyçay rayonunda xeyirxah işlər gördüyünü bildirib.
Bir vaxtlar Rusiyanın sayılı milyarderlərindən olan, indi isə İnterpol xətti ilə axtarışda olan Telman İsmayılov isə adətən dəb-dəbəli həyat tərzi və məşhur ulduzlara xərclədiyi vəsaitlərlə anılır. Belə ki, Türkiyənin Antalya şəhərində inşa etdiyi "Mardan Palace" otelinin açılış mərasimində Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar iştirak edib. Dünyaca məşhur müğənni Şakiranı nəvəsinin ad gününə dəvət etməsi və burada ətrafa səpilən pullar isə yəqin ki, hər kəsə məlumdur. Onu da bildirək ki, iş adamı artıq müflis olub və Rusiyadakı mülklərinə həbs qoyulub. Onun da adı Azərbaycanın təbliği və ya göstərilən hər hansı bir maddi yardımda hallanmır.
Azərbaycanı və azərbaycanlıları xaricdə həm müdafiə edən, həm də dəstək olan yeganə belə iş adamı yəqin ki, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdur. O, tez-tez mətbuatda maddi dəstək göstərdiyi tələbələrlə, xüsusi köməklik göstərdiyi xəstə və imkansız insanlarla anılır. M. Mənsimov həmçinin Azərbaycanın rəsmi bayramlarını və matəm günlərini xüsusi xatırlayır və hər fürsətdə ermənilərlə bağlı mənfi fikirlərini dilə gətirir. M. Mənsimovun Azərbaycanın təbliğatı ilə bağlı gördüyü ən əhəmiyyətli işlərdən biri də şirkətinə məxsus gəmilərə Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarını verməsidir.

Yeniavaz.com