Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ekspertdən icra başçılarının təyin edilməsi qaydası ilə bağlı təklif



"Regionlarda sosial-iqtisadi inkişaf yerli özünüidarəsiz baş verməyəcək - bu, birmənalıdır, mübahisəyə yer yoxdur"

cenub.az AYNA-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Ekspert yerlərdə seçkili demokratiyanı təmin etmədən tarazlı və dayanıqlı regional iqtisadi inkişafa nail olmağın mümkünsüz olduğunu bildirib.

 

O, icra başçılarının seçimində Türkiyə təcrübəsindən istifadə edilməsini təklif edib.  

 

"Amma əgər indiki siyasi sistem özünü buna hazır görmürsə, icra hakimiyyətlərinin yerlərdəki təkbaşına hakimiyyətini uzun müddət qoruyub saxlamaqda israrlıdırsa, ən azından Türkiyədə olduğu kimi icra hakimiyyəti başçılarının seçimində çox aydın, şəffaf və onların peşəkarlığına təminat verən meyarlar müəyyən edilə bilər.

Türkiyədə kaymakam (mərkəzi hakimiyyətin rayonlarakı təyinatlı təmsilçisi) vəzifəsinə təyin olunmaq üçün 3 illik xüsusi əmək stajı tələb edilir. Bu staja nələr daxildir? Vilayət mərkəzi aparatında, Daxili İşlər Naziriliyində üst-üstə 6 ay, xaricdə 12 ay təcrübə və kurs keçməli, əlavə olaraq 9 ay Kaymakam vəkili kimi çalışmalı, son 4 ayı xüsusi kaymakamlıq kursu keçməlidir. 4 ixtisasdan birini bitirməlidir: siyasi bilgilər, hüquq, iqtisadiyyat və ya idarəetmə", - deyə iqtisadçı bildirib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10