Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikli icra başçısının sözçüsü: “İcra başçımızın istefa vermək fikri yoxdur” - Novruz Novruzov vəzifədən getmək istəmir


“Siyəzən Rayon İcra Hakimiyyətinin 65 yaşlı başçısı Novruz Novruzov istefa vermək niyyətində deyil”.

“Novruz müəllim niyə istefa verməlidirki?! Onun 65 yaşı var. Heç bir istefadan söhbət gedə bilməz. Novruz müəllim öz işinin başındadır”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Siyəzən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiüri Təhminə Bəxtiyarova bildirib. 

Qeyd edək ki, Novruz Novruzov Prezident İlham Əliyevin 5 aprel 2019-cu il tarixində verdiyi sərəncamla Siyəzən Rayon İcra hakimiyyətinin başçısı təyin edilib.

Cenub.az bildirir ki, 30 ildən artıq icra başçısı işləyən Novruz Novruzov bundan əvvəl Lerik, daha sonra  Goranboy və Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Novruz Novruzovun 65 yaşı var. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10