Əziz qardaşım, çox gözəl təhlil vermisiz, tam doğrudu. Müsəlmanın dünya elminin inkişafında, təməl kəşflərdə heç bir iştirakı yoxdu. Əgər dünya elmi yalnız müsəlmana möhtac qalası olsaydı indi insanlar at-eşşək arabası ilə hərəkət edər, göyərçinləri internet əvəzi istifadə edərdi. Amma bir hadisənin səbəbini-diaqnozunu müəyyən etmədən onu düzəltmək, mümkün deyil. Göstərdiyiniz iki səbəb isə hazırkı nəticəni əks etdirmir. İkinci səbəb bəli, düzdü, yalnız Qurani kərimi oxu söyləməsi elmə böyük tormozdu və insanları reallıqdan, inkişafdan ayırmaq deməkdi. Ən əsas səbəblər isə aşağıdakılardı və çox istərdim ki, sizin kimi millət sevər insanlar millətin dərdini tam dərk edə bilsinlər, yoxsa hələ min il də əsarətdə inləyəcək.
1. İslamın ərəb üçün, başqalarını, o cümlədən bizim xalqımızı işğal üçün yaradılmasıdı. Başqa dinlər hamısı (tarixi yaxşı bildiyiniz üçün xırdalamadım) öz xalqlarını əsarətdən qurtarmaq məqsədilə formalaşıb, ona görə də hər zaman azadlığa, inkişafa yönlənmişdir. İslam isə ərəbin hökmranlığına və bütün digər xalqların əsarət altında saxlanmasına yönlənmişdir. Bu müddəa quranın əsas maddələrində qırmızı xətt kimi keçir. Bu ideologiyadan ikinci səbəb ortaya çıxır.
2. Elm və təhsilin məhdudlaşdırılması. Elm-təhsil inkişaf, yenilik, kəşflər, təkmilləşmə, islahat deməkdir, yəni yeniliyin köhnəlik üzərində qələbəsidir. Quranda isə 15-9 la buna qəti qadağa qoyulur (Hicr surəsi
15:9
Şübhəsiz ki, Qur´anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"). Bu da yenə dolayı yolla istismara və əsarətə xidmət edir. Biz sizinlə kommunist istismarına qarşı mübarizə aparmış insanlarıq. Əgər kommunist işğalı da islam işğalı kimi təkmilləşməni, inkişafı, elmi, təhsili qadağan etsəydi, hələ uzun müddət müstəqilliyə qoşula bilməzdik. Amma İslam indanları daimi elmdən, sərbəst düşüncədən aralı tutduğuna görə biz hələ də mənəvi əsarətdəyik. Bu qədər geriçilin tək səbəbi də budur. Bir düşünün: Osmanlı kimi ən qüdrətli dövlət niyə ABŞ kimi inkişaf edə bilmədi, niyə yeni qitələr, torpaqlar, planetlər kəşf edə bilmədi? Çünki, bunların heç biri quranda yox idi, quranda olmayan isə müsəlmana qadağandı. Müsəlmanlar getdi çıxdı Amerika qitəsinə, baxdılar quranda belə məkan göstərilməyib, əstəfürallah deyib geri qaçdılar.
Siz ziyalısınız, gərək reallığı çatdırasınız millətə, başqa cür xalq normal inkişaf edə bilməz. Reallıq da budur ki, islam dindən çox işğal alətidi, torpaqlarımızı işğal edib, insanlarımızı kütləvi qırıb, məhv edib, qadınlarımızı cariyyə kimi istifadə edib, əlifbamızı, dilimizi, mədəniyyətimizi, təhsil və elmimizi qadağan edib, beynimizi uzun müddət qılınc altında yuyub, milləti manqurtlaşdırıb. Millətin böyük hissəsi hələ də islam işğalı altında inləyir, digər kiçik qismi isə hələ də mənəvi işğaldan azad ola bilmir. Kommunist işğalından azad olduqdan sonra şəriət idarə üsulundan çıxa bilmişikmi? Düşünün!
Keçmiş maliyyə naziri, professor Saleh Məmmədovu bu yazını yazmağa vadar edən müəllif və onun qeydləri ilə də tanış olun:
Savalan Qorqud Dashdemir
Almaniyada çap olunan “Dünyanın 500 böyük kəşfi” kitabında adları keçən bir kəşfin altında belə,bir müsəlmanın imzası yoxdur!
Hər yeni kəşf olunan bir nəsnəni (internet,anderoid telefon,ağıllı robot vəs)gördükdə həyasızcasına ,heç bir əxlaq norması gözləmədən “bunlar hamısı Quranda var “deyib bağıran qaraguruh,xurafat və cəhalət simvolu ola biləcək məxluqlara örnək olsun dedim!
Məncə,İslam dünyasının müasir, ən yeni elmi -texnikiya malik sivil dünyadan 100 illər geri qalmasının iki ən başlıca səbəbi bunlardır:
1.Qurani-Kərimin ilk ayəti olan “Oxu” əmrinə əməl edilməməsi
2.O ,əmrin,yalnız və yalnız Qurani-Kərimi oxumağa aid olunması!
moderator.az