Təqaüd yaşına çatmış və daha artıq yaşlı kadrların əvəzlənməsi prosesi təhsil sahəsindən də yan keçməyə bilər.
Cenubxeberleri “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın ali təhsil ocaqlarının rəhbərləri arasında təqaüd yaşına çatmış və daha artıq yaşlı rektorlar da var. Onların siyahısını təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov: 1943-cü ildə dünyaya gəlib, 76 yaşı var.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev: 1941-ci ildə dünyaya gəlib, 78 yaşı var.
Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev: 1945-ci ildə dünyaya gəlib, 74 yaşı var.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov: 1948-ci ildə dünyaya gəlib, 71 yaşı var.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov: 1951-ci ildə dünyaya gəlib, 68 yaşı var.
Azərbaycan Milli Konsevatoriyasının rektoru Siyavuş Kərimi: 1954-cü ildə anadan olub, 65 yaşı var.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov: 1927-ci ildə anadan olub, 92 yaşı var.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru: Gülçöhrə Məmmədova: 1953-cü ildə dünyaya gəlib, 66 yaşı var.
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva: 1946-cı ildə dünyaya gəlib, 73 yaşı var.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla: 1950-ci ildə dünyaya gəlib, 69 yaşı var.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov: 1945-ci ildə anadan olub, 74 yaşı var.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli: 1947-ci ildə dünyaya gəlib, 72 yaşı var.