Görəsən mələklər gülə və ağlaya bilirmi? Maraqlısı budur ki, əziz Peyğəmbər (s) bu cür sualı Cəbrayilə verir. Cəbayil isə cavabında deyir: “Bəli. Üç nəfərə təəccübləndikləri üçün gülərlər. Üç nəfərə isə ürəkləri yandığı üçün həmdərd olarlar.
O kəslərə görə ki, təəccüblənirlər, ibarətdir:
1. O kəslər ki, bütün günlərini yersiz sözlər danışmaqla keçirərlər və gecə olan zaman işa namazını qılar və sonra yersiz işlərini görməyə davam edərlər. Mələklər onlara gülərlər və deyərlər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.
2. O kəndçi ki, belini və kürəyini götürər və torpağı islah etmək bəhanəsi ilə müştərək divarı qazar ki, öz payını artırsın. (Qonşu ilə olan divarı). Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doyuzdurmamışdır, bu kiçik yer səni doyuzduracaqdır?!”.
3. O qadın ki, sağ olan zaman özünü naməhrəmdən qorumaz, öləndən sonra onu kəfənləyib torpağa qoyarlar ki, heç kəs bədəninin həcmini görməsin. Mələklər gülər və deyərlər: “O zaman ki, meyil və rəğbətə malik idi, örtmürdünüz, indiki kərahətə səbəb olub (yəni cəsəd olub) onu örtürsünüz?”.
Mələklərin ağladığı insanlar:
1. Elm dalınca olan qəribin ölümünə görə ağlayarlar.
2. Qoca qadın və kişi övlad sahibi olmaq istəyərlər və Allah da onlara övlad əta edər. Onlar da buna görə sevinərlər və deyərlər ki, axır günlərimizdə bizə yardım edəcəkdir. Ölən zaman cənazəmizi müşayiət edəcəkdir. O övlad ata və ana həyatda olan zaman dünyadan gedər və mələklər ata və anasından qabaq onun üçün ağlayar.
3. O yetim ki, gecə yarısı ayılar, ağlar halda anasının sorağını alar. Anasının ölməsindən qafil olar. O zaman ki, dayə onun səsini eşidər, kobud səslə qışqırar ki, niyə ağlayırsan? Uşaq o zaman ki, dayənin səsini eşidər, yadına düşər ki, anası ölübdür və ümidsiz halda sakit olar. Belə bir vəziyyətdə mələklər onun kimsəsiz olmasına görə ağlayarlar”. (Beytutə)
/Deyerler.org/