Türkiyənin Dənizli vilayətində keçirilən toyda bəy içərisində gəlin və rəfiqələrinin olduğu gəlin maşınını kəndirlə təxminən 100 metr çəkərək gəlinin ata evinin önünə qədər gətirib.
cenub.az Moderator.az-a istinadən xəbər verir ki, maraqlı görüntülərin ortaya çıxdığı toyda gəlin evindən nişanlısını götürən bəy evə qayıdarkən küçənin girişində dayandırılıb. Gəlin maşınından düşən bəy qohumlarından aldığı kəndirlə həyatının sınağına başlayıb.
Ənənələrə görə keçirilən toyda bəy götürdüyü kəndiri təxminən 1,5 ton ağırlığında olan gəlin maşınına bağlayıb və maşını çəkməyə başlayıb. Qan-tər içində qalan bəyin bu halını görən qonaqlar isə baş verənləri maraqla izləyiblər.
Kamran