Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanda Novruz şənliyi


Ərkivanda Novruz şənliyi Və “Arkivan.az” saytının təqdimatı

Bu ilki Novruz bayramı Ərkivan qəsəbəsində olduqca gur və maraqlı formada keçirildi. Tanınmış aktyor Cəmaləddin Əliyevin teatr qruppası bayramın rəngarəng və unudulmaz keçirlməsi üçün əlindən gələni əsirgəmədi. Ərkivanlı müğənnilər Şamo İbayev və Gülnarə Qürbətovabutədbirdə maraqlı konsert proqramı ilə çıxışetdi. Repçi Fərid Əhmədovunçıxışı da maraqla qarşılandı. Tədbirdə ərkivanın ağsaqqallarıŞərafət Əzimov, Məmmədağa Şiriyev və başqaları da çıxış etdilər.
Onlarla uşağın yerə-göyəsığmayan sevinci, unudulmaz rəqsləri isə bayram sevincini daha da artırmışdı.Vidadi Teymurovun maraqlı rəqsləri tədbiridə daha xoş əhval yaratdı
Kəndin iş adamı və xeyriyyəçisi, “Qala” şirkətinin rəhbəriSücaət Qasımovunsponsorluğu ilə Ərazi Nümayəndəliyinin qarşısında inşa edilmiş 200 nəfərlik “Tədbirlər evi” isə yağışlı havada da tədbirin normal keçirlməsinə yardımçı oldu. 200-ə yaxın ərkivanlı martın 22-də gözəl bayram tədbirinin tamaşaçısına çevrildi.
Eləcə də Sücaət Qasımov və ərkivanlı polkovnik Şahbazov Telman Eyvaz oğlunun sponsorluğu ilə bu tədbirdə ən yaxşı rəqs edənlərə pul mükafatı paylandı.
“Arkivan.az” saytının da təqdimatı oldu. Sayt haqqında Novruz şənliyində, əvvəldən vəd edildiyi kimi öncə onun redaktoru Zahir Əmənov məlumat verdi. O bildirdi ki, artıq sayta 10-da artıq material yerləşdirilib. “Alimlər”, “Dindarlar”, “Xeyriyyəçilər”, “Mətbuat”, “Səhiyyə” vədigər bölmələrə ilkin məlumatlat yerləşdirilib.
Daha sonra saytın komputer tərtibatçısı ərkivanlı tələbə Tural Rəsulov çıxış edib bu sahədə gördüyü işlərdən danışdı.
İstər Novruz tədbirinin yüksək səviyyədə təşkilinə, istər “Arkivan.az” saytına təşkilati və maddi köməyinə görə kənd sakinlər Ərlivan qəsəbəsinin ərazi nümayəndəsi Sabiq Cahangirova öz minnətdarlıqlarını bildirdilər.

















Hazırladı: Rauf





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10