Erməni müğənnisi Axasi İspıryanın Azərbaycanın qədim şəhəri Şuşa haqqında ifa etdiyi və bu gün yenidən yayılan mahnı türk xalq musiqisinin notları üzərində qurulub.
Bu sözləri Kult.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi deyib.
İ.Tanrıverdi mahnının məzmununu da ümumiləşmiş şəkildə tərcümə edib:
“Mahnı Şuşanın işğalına həsr olunub. Bildirilir ki, mayın 8-də Şuşanı “azad etmək” əmri verildi; Müqəddəs anaların gözlərində yaş... Qələbə çalmağa gedən qorxmaz igidlərin adı əbədi qalacaq...”
Qeyd edək ki, mahnıda həmçinin PKK terrorçularının halay mərasimindən istifadə edilib. Belə ki, Şuşa qalasının dağılmış divarında (videonun 3,37 dəqiqəsində) silahlı PKK terrorçularının halay çəkməsi əksini tapır.
Mahnıda iki gəncin rəqsi də məşhur türk xalq rəqsidir.