Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ana Şəfadan Şəfa müəllimə qədər Bir özəl uşaq bağçasının özəllikləri və gözəllikləri


Masallıda  3 il öncə ilk dəfə özəl, 100 yerlik uşaq bağçası açıldı. Əvvəllər bura qısa müddətə müxtəlif şəxslər rəhbərlik etsə də, hazırda   Masallı şəhərindəki “Viləş” Uşaq Bağçasının “sükanı” gənc xanım Şəfa Allahverdiyevaya etibar edilib.

Şəfa Allahverdiyeva

n     Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ailə həyatı  qurması ilə bağlı 1996-cı ildə Masallı şəhərinə, İsgəndərli adlanan əraziyə köçüb. Ailəlidir. 3 övladı - İki qızı, bir oğlu var. Orta məktəbdən sonra qazandığı İlk diplom  Orta təhsilli musiqi müəllimi ixtisasına yiyələnməsi haqqında sənəd, İlk iş yeri isə Masallıdakı Sərçuvar Uşaq Bağçasında musiqi müəllimliyi olub. Hazırda Şəfa xanım Kiyevin Milli AviaUniversitetinin  Beynəlxalq Hüquq fakültəsində qiyabi təhsil alır.




n     İlk sualımız:

n     - Qəribədir, niyə bir çoxları sizi  Şəfa yox, AnaŞəfa adlandırır? 

n     - Düzü, mənə belə müraciət ediləndə bir az utanıram. Amma,  sual verirsinizsə, cavablandırmalıyam. Hələ uşaq vaxtında ata evimizdə olanda hamıya, eləcə də həyətdə dostluq etdiyim uşaqlara, qohum-qardaşa hədsiz qayğı göstərirdim. Açığın desəm, insanları sevindirməkdən həzz alırdım və alıram. Allaha dua edirdim ki, elə imkanlarım olsun ki, daha çox insanı sevindirim. Taleh elə gətirdi ki, qarşıma mənim xasiyyətimdə bir insan  çıxdı. Həyat yoldaşım mənim xeyriyyəçilik arzularımı  düşündüyümdən də artıq səviyyədə reallaşdırmağa başladı. Dəfələrlə Lənkəran Uşaq Evinə, digər xeyriyyə icmalarına, ehtiyaclı insanlara əl uzatdıq, yardımlar etdik və yenə edirik. Yəqin, bunları nəzərə alıb AnaSəfa deyirlər.

-       Bəs necə oldu ki, sizi rayonun ilk özəl Uşaq Bağçasına rəhbər təyin etdilər? 

-       Əvvəllər Sərçuvar Uşaq Bağçasında musiqi rəhbəri işləyirdim. Elə oldu ki, illər sonra yaşadığım evin qonşuluğunda özəl uşaq bağçası tikildi. Bağça elə gözəl tikilmişdi, burada elə ideal şərait yaradılmışdı ki, deyirdim, kaş indi uşaqlaşıb, bu bağçaya gedənlər sırasında olardım. Sonra elə oldu ki, bura rəhbərlik mənə təklif olundu. Bir az tərəddüd etdim, çünki rayonumuzda özəl bağça nümunəsi yox idi. Lakin sonda  razılaşdım. Uşaqlara məhəbbətim o qədər idi ki,..


-Maraqlıdır, necə olur ki, insanlar pulsuz hökumət bağçalarına yox, sizin ödənişli bağçaya uşaq verirlər? 

Öncə onu deyim ki, bağçanı təhvil alanda burada  çox az uşaq var idi. Çünki rayonda ilk özəl bağça idi –insanlarda tərəddüd  edirdi, görəsən necə olacaq, burada hansı özəllikləri olacaq və sair? İş elə gətirmişdi ki, buranın olduqca üstün keyfiyyətləri lazımınca təbliğ olunmamaışdı.  O da sirr deyil ki, hamımız uşaqları çox sevirik. Həm də indi çoxları istəyir ki, uşaqları körpəlikdən gözəl vərdişlərə, lazımi bilgilərə yiyələnsinlər. Lakin belə ünvan tapmaqda çətinlik çəkirdilər. “Viləş” indi çoxlarının arzularının, xəyallarının gerçəkləşdiyi bir ünvana çevrilib.





Sizin uğurlar nədən başladı? 


-      Öncə tanıtım elədik. Çalışdıq ki, işimizi tam aşkarlıq şəraitində quraq -valideynlər hər an uşaqlarının necə dincəldiyini, nələr öyrəndiyini, qısası, onların hər addımı, hər an izləyə bilsin. Bunun üçün onlayın kamera xəttini canlandırdıq. Yəni, valideyn harada olur-olsun, yolda, toyda, hətta ölkə xaricində uşağının  bağçadakı hər anını izləyə bilirlər. Bundan əlavə  bukletlər payladıq, yollara reklam lövhələri yerləşdirdik. Ona nail olmağa çalışdıq ki, uşaq nəinki özünü evindəki kimi hiss etsin, hətta ev şəraitindən də unudulmaz olan bir məkanda olduğunu fərqini yaşasın.

-       

Bəs daxildə nələr etdiniz? 


Ən sadəsindən və vacibindən başlayım. Bağçaya daxil olan hər uşağın əli spirt spreyilə dezinfeksiya olunur, hərarəti yoxlanılır və qeydə alınır.

Bağçanın daxili və xarici vaxtaşırı dezinfeksiya olunur.  Həmçinin uşaqlar hər cümə günü həkim müayinəsindən keçirilir.
Uşaqlara burada müxtəlif tədbirlərlə bağlı xüsusi geyimlər verilir və buna görə onlardan əlavə ödəniş alınmır. Belə geyimlər sırasında polis, tibb işçisi, hərbiçi, cizgi filmin qəhrəmanlarının geyimlərini sadalamaq olar. Yadınızdadırsa, mətbuat günü uşaqlar sizin ofisinizi də ziyarət edib, sizdən, hamıdan müsahibə alandan “müsahibə almağı” da unutmadılar.
Bu işlər sırasına elektron lövhəni də əlavə edə bilərəm. Bu lövhənin köməyi ilə uşaqlara hər şeyi daha aydın, daha dolğun təqdim edirik.     10
Uşaqların bizdə ən çox  sevdiyi məkan da elə bu elektron lövhənin yerləşdiyi otaqdır.  Biz uşaqları kluba aparmaqdan  daha çox, buranın özündə onlar üçün  KLUB şəraiti yaradaq.  Necə deyərlər, klub özü bizə gəlsin. Belə ki, bəzi tədbirlərdə pərdələri bağlayır, popqpor qovurur,  filmlərin nümayişinə başlayırıq. 

-       Valideynləri isə ən çox maraqlandıran uşaqların dil bilgiləridir. 

Hazırda bağçamızda Azərbacandilli qrupdan savayı  İngilis, rus dilli qruplar da var. Amma Azərbaycandilli qrupun  özündə də ingilis və rus dili öyrədilir. Həmçinin bağçamızda   1-2 yaşlıları əhatə edən körpələr qrupu da var.   


Ta keçmişdən Uşaq bağçalarının əsasən mətbəxindən gileylənirdilər. 

Hətta mən də bir dəfə “Uşaqların bağçaları,  müdirlərin boğçaları” adlı 

bir yazı yazmışdım. İndi vəziyyət necədir?

 

Bizdə isə əksinə, nəinki mətbəxdən gileylər olmur, elə ən çox öyündüyümüz işlərdən biri mətbəxdir. Özümüz özümzdən oğurlamayacağıq ki? Əsasən, alman, rus və Azərbaycanın milli mətbəxlərinin, necə deyirlər, sintezi olan menyu hazırlayırıq.  Çalışırıq ki, hər həftə, bəzən hər gün fərqli menyular təqdim edək. Əsas isə qidalarımızın keyfiyyətidir. Məsələn, yağın ən yaxşısını alırıq. Tərəvəzi, meyvəni tam inandığımız, öz bağının, öz bostanının məhsulu olan şəxslərdən götürürük. Uşaqlara  müəyyən günlərdə dağ balı, kakolu süd veririk və sair.


De, kim sevmir idmanı?

İdman tədbirlərimiz -  səhər  gimnastikasından (Sonda ölkəmizin himnini səsləndirmək şərti ilə) başlanır.  Rəqs və idman bizdə bir-birindən ayrılmazdır. Həftədə 3 dəfə peşəkar rəqs müəllimi bağçaya gəlib nəinki Azərbaycan, dünya rəqslərini uşaqlara öyrədir. Və onlar öyrəndiklərini bəzən rayon səviyyəli tədbirlərdə nümayiş etdirirlər.
Kifayət qədər sadə idman qurğularımız var. Uşaq maşınları isə körpələrin doymadığı əyləncədir. Bəlkə də yeganə bağçayıq ki, bura dəniz qumu gətizdirmişik və uşaqlar isti havalarda necə deyərlər, özlərini qum üstündə “günə verirlər”.

-       Görüdüyümüz işlər sadalamaqla qurtarmaz. Çalışırıq ki, burada uşaqlar evdə olduğundan da gözəl vərdişlərə yiyələnsinlər. Süfrə mədəniyyəti, davranış mədəniyyəti, ən elementar etika qaydaları, “qeybətetmə”, “küsub-barışma” “oyunları.” və sair.



Hər uşağın ad günü burda  sanki  bir tarix olur

      

Belə ki, hər uşağın ad günündə  onun şəkli olan  fincan, tort hazırlatdırııq. Hədiyyələr öz yerində. Onu da deyim ki,  soyunub-geyinmə otağında belə, hər uşağı geyim şkafına onun şəkli vurulub ki, çaşmasınlar. Yaxın qohumlarımın köməyi ilə Kalininqraddan xüsusi kitab albomlar gətizdirmişəm ki, uşaqları üçün daha maraqlı oyunlar təşkil edək.

Əlamətdar günləri bayram etməyimizin özünün özgə aləmi olur 

-       Polis günü uşaqlar polis paltarında Polis şöbəsinə, tibb işçisi günüdə Həkim xələtində Mərkəzi Xəstəxanaya, ordu günüdə hərbi geyimdə  yaxınlıqdakı hərbi hissəyə, mətbuat günündə sizin redaksiyaya  və s. maraqlı səfərlər təşkil etmişik. Bir məqamı xatırladım ki, işə başladığımdan bir neçə gün sonra polis bayramı olacaqdı. İnanırsınız ki, gecə səhərə qədər yatmayıb 25 uşaq üçün polis paltara, papağı, “paqonu tikmişik. Uşaqlar polis rolunu elə qəşəng oynayırdı ki - sürücülərin sənədini “yoxlayır”, hərbi “çest” verir və sair.



Gələcək hədəfləriniz?


Gələcək hədəflərimiz çoxdur. Necə deyərlər, daim axtarışdayıq, valideynlərin, təşəbbüskar insanların, digər özəl bağçaların maraqlı iş təcrübəsini öyrənirik. Ən yaxın hədəfimiz, qonşu rayon və ölkələrlə skayp üzərindən elektron səsləşmə təşkil etməkdir.

-       Sizdən narazı olanlar da olur?

-       Deyirlər, iş olan yerdə nöqsan olur. Yeni bağçadır. 4-ü texniki olmaqla 15 işçimiz var. İş istəyən də çox. Kiməsə iş çatmayanda narazı qalır, adi nöqsanımızı şişirdir. Bunlar məncə keçəri haldır. Biz gözəl, nümunəvi işimizlə onlara cavab verəcəyik. Tənqidə nə var ki. Doğrudan uşaqları çox sevirlərsə, təkliflər desinlər, biz də imkan daxilində reallaşdıraq. Onun-bunun kölgəsində gizilənib bizə camur atmaq, qəhrəmanlıq deyil.

-       

Hazırda  burada 75 uşaq məşğul olur Masallının Qəzvinoba, Güllütəpə, Şərəfə kəndlərindən tutmuş, Cəlilabad rayonunun Göytəpə şəhərinədək (əsasən hərbiçi ailələri) bura uşaqlar gətirilir. Bağça ödənişli olduğu üçün hər hansı maliyyə problemimiz yoxdur. Hər problemi yerindəcə həll edirik.
-Bütün elektron vasitələrdən maksimum faydalanırıq.

-       Facebok, youtube və instaqram səhifələrimiz var. Bu asefa5028@gmail,com- emaillə də bizə müraciət etmək olar. Telefonlarımız  isə bunlardır:

+994 51 645 8558
+994 55 939 1790
(Masallı şəhəri, Rəfael Abbasov küçəsi,
İsgəndərli məktəbinin yanı, İsgəndərli korpusunun “Köhnə bazar” tərəfdən şərqə çıxışı)
Avtoservizimiz artıq fəaliyyətdədir

-       Son günlərimizin ən önəmli hadisəsi  daha bir vədimizin reallaşmasıdır. Söz vermişdik ki, “Viləş” Uşaq bağçasına mikroavtobus alaq, aldıq.  17 yerlik, (hər oturacaqğın qoruyucu kəmərli ) komfortlu şəraiti olan avtobus uşaqların evlərindən götürüb, evlərinə də qaytarır. Ekskursiyaya, digər səfərlərə getməyimiz də rahatlaşdı. Bu mikroavtobusun maqnitofonundakı mahnılardan, çölündəki şəkilərədək hər şey uşaq dünyasından xəbər verir.

 


“Viləş” Uşaq  Bağçasının öz bayrağı da var


Sabaha çox ümidliyik- son günlərin məşhur deyimi ilə desək- hər şey gözəl olacaq. Hər kəs işinə vicdanla, fədakarlıqla, yenilkiçilik ruhu ilə yanaşsa.

Son əvəzi 

Biz yazının əvvəlində Şəfa xanımın texniki tərcümeyi - halını təqdim etdik. Sonda isə onun “mənəvi” tərcümeyi-halına təqdim edək:

-       Gözəl pionuna ifa edir;

-       Gözəl tikmələri, orijinal əl işləri var;

-       Öz həyətində ağacların calaq edilməsi, buranın əsil gülüstana çevrilməsi də onun əl işidir;

-       Səfa xanım deyir ki, mətbəxdə, şirniyyat bişirməkdə də rəqib tanımır.

-       Maşın sürmək onun əsas xobbilərindən biridir. Həm də sevinir ki, sürücülük imtahanın öz gücü ilə, yüksək bal yığaraq verib.

Qısası, musiqiçi, bağban, aşpaz-surucu Səfa xanımla söhbət bitib-tükənmir, biz isə yazını bitirməliyik.
Daha uğurlu işlər sorağı ilə.
Zahir ƏMƏNOV
Foto və videolar Samir Ağayevindir
“Viləş” Uşaq Bağçası haqqında video-görüntuləri bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=ZolJ3i_1MdY&t=124s
R

























Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10